Icma.az
close
up
RU
Xalq rəssamı: Mədəniyyət Nazirliyi gənclərin işlərini almır, emalatxanaları yoxdur, ortalıqda qalıblar MÜSAHİBƏ

Xalq rəssamı: Mədəniyyət Nazirliyi gənclərin işlərini almır, emalatxanaları yoxdur, ortalıqda qalıblar MÜSAHİBƏ

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq rəssamı Arif Hüseynovun APA-ya müsahibəsi

- Arif müəllim, müsahibənin gününü iki dəfə dəyişdiniz. Düşünürdüm sizdən daha müsahibə götürə bilməyəcəyəm.

- (Gülür). Səhhətimdə bir az problem var idi, sonra da rəhmətə gedən oldu, ona görə görüşümüz bir az uzandı.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Bir az sağ əlimdə narahatlıq var. Həkim deyir əzələ ağrısıdır, bir müddət fırçadan uzaq durmalıyam.

Sarğılı əlini şərfin altında gizlətdiyini görüb zarafatla soruşuram.

- Şərfiniz də əsl rəssamsayağıdır.

- Rəssamlarda bir az özlərindən imic yaratmaq var.

- Nədən irəli gəlir bu istək?

- Əvvəldən belə olub. Rəssamlar kostyum-qalstuk sevməzlər, sərbəst olmaq istəyərlər.

- Bunda nizama, oturmuş fikirlərə, qaydalara etiraz da var?

- Əlbəttə, var. Cəmiyyətə, geyimə qarşı bir protest mövcuddur. Siz rəssamları çox nadir hallarda kostyumda görə bilərsiniz. Bəzi rəssamlar vəzifədə işlədikləri üçün kostyum geyiniblər, bir də rəsmi şəxslərlə görüşlərdə geyinirlər. Yaradıcı insanlar çərçivə daxilində olmağı sevmirlər.

- Başqa nəyi xoşlamır yaradıcı adamlar?

- Məsələn, mən rəsm çəkməyə başladımsa, fasilə verməyi xoşlamıram.

- Bu vaxta qədər fasilə verməmisiniz işinizə?

- Yox, indi də olmur. Əlimdəki problemə görə tam işləyə bilmirəm, amma hər gün heç olmasa bir saat emalatxanada oluram. Gəlməyəndə özümü pis hiss edirəm. Buraya gələndə sanki zənginləşir, dincəlirəm. Şərt deyil ki, gəlib nəsə çəkim, çəkdiklərimə baxmaq da bir işdir.

- Çəkdiklərinizə sonradan baxanda, “burada bu rəng yox, o rəng olsaydı, daha yaxşı olardı” — deyə düşündüyünüz anlar olub?

- Bilirsən, uşaq necə anadan doğulursa, əsər də elədir — pis də ola bilər, yaxşı da. İş prosesində nə etmişəmsə, odur. Əsəri çərçivəyə saldıqdan sonra isə bir daha əl vurmuram. Düzəliş etmək sonsuz prosesdir, etdikcə etmək istəyəcəksən.

Rəssamlıq xəyanəti sevmir

- Arif müəllim, bir az əvvəl qeyd etdiniz ki, yaradıcı adamlar çərçivədə olmağı xoşlamır. Amma bu gün bir çox yaradıcı insan müxtəlif vəzifələrdə çalışır. Sizcə, yaradıcı adamın vəzifədə olması onun yaradıcılığına mane olur?

- Yaradıcı adam vəzifəyə keçəndən bir müddət sonra yaradıcılıq itib gedir. Mən heç vaxt vəzifədə işləməmişəm. Yalnız Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs demişəm, ordan da iki il əvvəl ayrılmışam. Yaradıcı adam gördüyü işin içinə tam girə bilməlidir. Harasa getmək, vəzifə daşımaq səndən enerji alır. Rəssamlıq xəyanəti sevmir, bir az bundan, bir az ondan işləməklə olmur. Sən özünü sənətə tam həsr edəndə, o da sənə qarşılığını verir. Mən əsasən folklorla işləyirəm, ona görə də o enerjini artıqlamasıyla alıram. Bir dəfə Novruz bayramında uşaqlar gəlmişdi, rəsmlərə baxdılar, xeyli söhbət etdik. Gedəndə müəllimləri zarafatla dedi ki, biz gedirik, darıxacaqsınız, Arif müəllim. Dedim, mən hər gün bunlarla danışıram, siz isə yarım saatlıq gəlmisiniz (gülür). O Div, Cırtdan, Pəri mənimlə hər gün söhbət edir.

- Nə söhbət edirsiniz?

- Mənəvi, enerjetik söhbətlər edirik.

Əvvəllər təyyarə Bakıya enəndə nöyüt iyi gəlirdi

- Sizin rəsmlərinizdə əsasən xalça elementləri üstünlük təşkil edir. Müasir rəssamlar isə bəzən əsərlərinizi “keçmişdə qalmış” kimi dəyərləndirirlər. Sizcə, niyə belə düşünürlər?

- Var, elə deyənlər olur. Bizdə qəribə bir xüsusiyyət var: Sovet dövründə kiminsə pulu olanda, amma maşın və ya ev ala bilməyəndə, başlayırdı geyimi ilə fərqlənməyə. İndi də imkanlı insanlar fərqlənmək üçün bahalı maşın alır, villa tikir, amma içində yaşamır, yəni mahiyyət dəyişməyib. Sənətə yanaşma da bu cürdür. Sadəcə fərqli görünmək, fərqli fikir söyləmək üçün nəsə deyirlər. Halbuki xaricilər gələndə biz onlara tarixi işlərimizi göstəririk. Mən 2006-cı ildə Yaponiyaya getdim, oğlumun sərgisini keçirdim. Orda gördüm ki, onlar öz ənənələrinə necə həssas yanaşırlar – hər evdə bir kimono var. Bizdə isə evlərdə özümüzə aid heç nə tapmaq olmur. Onda düşündüm ki, mən niyə bu işlə məşğulam? Həmin vaxtdan başladım milli elementlərlə işləməyə. Çalışıram ki, rəsmlərimdə milliliyi yaşadam. Sevindirici haldır ki, gənclər arasında da bu istiqamətdə işləyənlər var. Əvvəllər təyyarə Bakıya enəndə nöyüt iyi gəlirdi – o iy Vətən hissini yaradırdı. İndi həmin zavodları söküblər, o iy də qalmayıb. Biz indi o hissi muğamla, milli dəyərlərlə yaşatmalıyıq. Mənim rəsmlərimə baxanda, deyərdim ki, o nöyüt iyini hiss etmək mümkündür.

- Bir növ sənətdə özünüzü tapmısınız demək olar.

- Gərək hər adam sənətdə öz yolunu tapsın. Bu mənim səsimdir, harda olsa, bilinəcək ki, iş mənə məxsusdur. Bir dəfə sərgi keçirilirdi, ora amerikalı qonaqlar gəlmişdi. Təxminən 400 iş nümayiş olunurdu, amma sərgiyə baxıb çıxandan sonra dedilər ki, burda cəmi 1-2 rəssamın işi fərqlənir, çünki qalanların hamısı bir-birinə oxşayır.

- Bu nədən irəli gəlir?

- Axtarış etmirlər. Hərdən tələbələr olurdu, görürdüm ki, hələ çəkməyi öyrənməyiblər, amma məndən mücərrəd şeylər soruşurlar. Bizdə güc yoxdur, çox vaxt görürsən ki, eyni şeyləri təkrar-təkrar çəkirlər. Mən isə çalışıram ki, keçmiş elementləri işlədərkən belə işlərdə nəsə yenilik olsun.

Sovet vaxtı milli elementlərdən istifadə edə bilmirdik

- Bu gün demək olar hər əli qələm tutan yazır. Hər əli fırça tutan necə, rəsm çəkə bilir?

- Rəssamlıqda beyin və əl vəhdət içində olmalıdır. Bəzən görürsən ki, beyin güclüdür, amma əl zəifdir, ya da əksinə. Ona görə də çox işləmək lazımdır ki, həmin vəhdət yaransın. Həmçinin axtarışda olmaq vacibdir. Sovet vaxtı milli elementlərdən istifadə edə bilmirdik, amma indi müstəqil dövlətik və müstəqil dövlətin sənəti də müstəqil olmalıdır.

- Sənət müstəqil olmalıdır düzdür. Amma bəzi hallarda rəssam sifarişlə də çəkməli olur. Bu rəssamın müstəqilliyini almaq deyil?

- Mən sifarişlə çəkmirəm. Rəssamlar var ki, portret də çəkir, ayaqqabı da, amma bu belə olmaz. Sənin öz yolun olmalıdır və sən o yolda inkişaf etməlisən, yoxsa, bir gün bunu, bir gün onu elə… Belə getməz. Sifariş bazardır, vəziyyətin çətin olduğunu başa düşürəm, amma imkan dairəsində özünü qorumaq vacibdir.

- Arif Hüseynov özünü necə qoruyur?

- Mənə də sifarişlər gəlir, amma mən çəkmirəm. O işi edənə qədər ürəyim istəyən üç iş görərəm. Nəvəmizin portretlərini çəkmişəm, yəni bacarıram, amma yalnız özüm istəyəndə çəkirəm. Hətta onu da çəkmişəm ki, ərə gedəndə cehiz kimi apara bilsin.

Elə vaxtımdır ki, getdiyim yoldan geri dönmək dövrü deyil

- Bu vaxta qədər ürəyiniz istəyəni çəkmisiniz, bəs ürəyiniz istəyən pulu necə, qazana bilmisiniz?

- Sovet vaxtı sərgilər keçirilirdi və dövlət işlərimi alırdı, indi isə xarici qonaqlar ildə 2-3 işimi alırlar. Yaşamaq üçün böyük pula ehtiyacım yoxdur, Prezident təqaüdü alıram və bu da kömək edir. İndi mənim elə vaxtımdır... Daha getdiyim yoldan geri dönmək dövrü deyil.

- Sovet vaxtı əsərləriniz çox alınırdı?

- SSRİ Rəssamlar İttifaqı müqavilə bağlayır və əsərləri alırdı. Əsasən neftçilərdən və zəhmətkeşlərdən bəhs edən mövzulardan çəkən rəssamların işlərini alırdılar, çünki onlar başqa işlərə pul ayırmırdılar. Elə rəssamlar da var idi ki, ikili standartla işləyirdilər: həm pul qazanır, həm də istədiklərini çəkirdilər.

- Kimlər idi?

-Cavad Cavadov, Rasim Babayev, Tofiq Cavadov - çoxları var idi.

- Sizin gənclik vaxtınızda ideoloji əsərlərə də olsa dövlət tərəfindən pul ayrılırdı. İndiki rəssamların isə bu imkanı yoxdur, bir növ havada qalıblar.

- İndi struktur yoxdur. Mədəniyyət Nazirliyi ildə yalnız bir dəfə sərgi keçirir. Əgər sərgilər daha çox olsa və həmin sərgilərdən gənc rəssamların əsərləri alınsa, onlar daha məsuliyyətli olar, növbəti sərgiyə daha hazırlıqlı gələrdilər. Mədəniyyət Nazirliyi gənclərin işlərini almır, emalatxanaları yoxdur, ona görə də gənclər ortalıqda qalıblar.

Rəssamlar İttifaqı ildə 30 nəfərə 200 manat, yaşlılara 300 manat təqaüd verir

- Rəssamlar İttifaqı da var axı, onlar dəstək ola bilməz?

- Onların da pulu yoxdur. Ümumiyyətlə, birliklər öz aktuallığını itirib. Mən Mədəniyyət Nazirinə yazmışam ki, qalereyalar var, amma ora gətirilmiş əsərlər köhnədir. İndi gərək həmin əsərlər alınsın ki, yeni işlər gətirilə bilsin. Bilirsən, ordakı adamlar da fanat olmalıdır, əsəri sevməlidirlər, amma belə adam çox azdır. Rəssamlar İttifaqı ildə 30 nəfərə 200 manat, yaşlılara 300 manat təqaüd verir, amma orda 2000 nəfər üzv var – qarışıqlıq yaranır. Xaricdə isə belə deyil, sahibkarlar gənc rəssamların emalatxanalarına gedib əsərləri alırlar. Bizdə isə gənclərin yiyəsi yoxdur. Nə Mədəniyyət Nazirliyi, nə də Rəssamlar İttifaqı buna yiyə dura bilir.

- Siz deyən məsələlər birbaşa Mədəniyyət Nazirliyinin öhdəsinə düşür.

- Onların üzərinə düşür, amma Rəssamlar İttifaqının pulu yoxdur ki, əsər alsın, sərgi keçirtsin. Belə olan halda gənc rəssam gedib alma, gül çəkir – belə olmamalıdır. Əgər bir nəfər istedadlıdırsa, onun yanında sponsor dayanmalıdır. Dünyada həmişə belə olub ki, imkanlı insanlar gəlib əsəri alıblar, illər sonra onu milyonlara satıblar. Bizdə isə bir adam gəlib demir ki, “Arif müəllim, bir gənc rəssam var, mən ona investisiya qoyum, sonra deyim ki, bax, filan sənətkara mən vaxtında qiymət vermişəm. Belə insanlar yoxdur. Biz öyrəşmişik ki, müqavilə bağlayaq, neftçi, pambıqçı çəkək. Hərdən deyirəm ki, indi elə adamlar var ki, pulu Zeynalabdin Tağıyevdən də çoxdur, amma bir rəssam üçün sərgi keçirmir, bir məktəb açmır, bir gənci oxutdurmur.

- O zaman gərək sifarişlə çəkən rəssamları qınamayaq.

- Bilirsən, heç vaxt rəssamlar dövlətli olmayıb. İstedadlı insanlar həmişə öz işləri ilə məşğul olublar. Öz işinə fokuslananlar sonradan üzə çıxır, sadəcə bir az səbirli olmaq lazımdır. Rəssam bazara işləməməlidir, bazar rəssama işləməlidir. Amma istənilən halda, Mədəniyyət Nazirliyi ildə 2–3 dəfə bu işlərdən alsa, rəssam bazara işləməz. Hərdən mənə də iş sifariş vermək istəyiblər, demişəm: “Xoşuna gəlir, al çəkdiklərimdən, yoxsa oturub sən deyənləri edə bilməyəcəm”. Hər halda gərək yaradıcılığa üstünlük verəsən.

- Rəssamlar İttifaqının 2000 üzvü var. Bu üzvlərin nə qədəri gerçək yaradıcılığa üstünlük verir?

- Azərbaycanda 40-50 nəfər sənətə xidmət edən adam var.

- Bəs 2000 nəfər neyləyir orda?

- Heç kim heç nə etmədən üzv olmaq istəyir, tanışlıqla üzv olurlar ittifaqa. Baxıb görürəm ki, işləri zəifdir, amma üzv olublar. Nizamnaməyə görə, birliyə üzv olmaq üçün rəssamın üç sərgisi keçirilməlidir, indi isə sərgi keçirtməyə heç bir maneə yoxdur.

- Son vaxtlar süni intellekt rəsm əsərlərinə oxşar işlər yaradır və insanlar ondan geniş istifadə edirlər. İlkin məlumatları daxil edirsən, süni intellekt isə onları işləyib sənə təqdim edir. Sizcə, gələcəkdə kompüter düymələri rəssam fırçasını əvəz edə bilər?

- Yox, rəssamın əlini heç nə əvəz edə bilməz. Çünki orada hiss var, amma kompüter düyməsində hiss yoxdur. Mən bir rəsmi çəkəndə hirslənirəm, kədərlənirəm, sevinirəm – bütün bu duyğular əsərə öz təsirini qoyur. Adicə sərgiyə girirsən, 100 əsər varsa, görürsən ki, bir əsərin qarşısında daha çox dayanırlar; bax, bu həmən əsərin enerjisidir...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:20
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see156

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see154

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see150

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see144

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see144

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see143

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see143

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see138

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see134

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see133

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see132

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see128

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see127

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see126

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see126

3 vəkil cəzalandırılıb, 4 nə xəbərdarlıq edilib Rəsmi

08 Oktyabr 2025 16:10see125

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see125

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see121

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see120

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri