Icma.az
close
up
RU
“Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır” 90 yaşlı xalq artisti

“Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır” 90 yaşlı xalq artisti

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam. Onlar mənim kimi qocaman sənətkarlarla maraqlanmır".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Ceyran Haşımova deyib.

90 yaşlı xalq artisti səhhətindəki problemlərdən danışıb:

"Təzyiq xəstəsiyəm, çox əziyyət çəkirəm. Mənim artıq 90 yaşım var, yaş öz sözünü deyir. Artıq xəstəxanaya da getməkdən imtina edirəm. Özüm dərmanlarımı yaxşı bilirəm, özüm-özümü müalicə edirəm. Səsim hər kəsi aldadır, elə bilirlər yaxşıyam. Amma inanın ki, yaxşı deyiləm, çox yorulmuşam".

Xalq artisti "Şöhrət" ordeni almaq üçün dəfələrlə Mədəniyyət Nazirliyinə məktub ünvanlasa da, cavab ala bilmədiyini deyib: 

"Çox təəssüf edirəm ki, nazirliyimiz mənim kimi qocaman sənətkarlarla maraqlanmır. Xalq artistiyəm, Prezident təqaüdçüsüyəm, "Şöhrət" ordeni almalıyam, amma ala bilmirəm. Daha doğrusu vermirlər. Dəfələrlə Mədəniyyət Nazirliyinə məktub yazmışam, deyirlər ki, bu işə baxılacaq. Nə vaxt baxılacaq? Mən öləndən sonra? Artıq mənim 90 yaşım var, daha nə qədər yaşayacağam ki? Mən Azərbaycanda yeganə xalq artisti olan xanım tarzənəm. Amma görürsüz ki, nazirliyə bu maraqlı deyil. Mən mədəniyyətimiz üçün çox işlər görmüşəm, Azərbaycanın bütün rayonlarını, xarici ölkələri gəzmişəm, əsgərlərimizin önündə çıxışlar etmişəm. Bir ananın üç qızı olanda onlara baxa bilmir. Amma mən o boyda "Lalə qızlar" ansamblını yığıb hər yerə aparmışam. Bunların hamısı əziyyət idi. Bütün mətbuat bizdən yazırdı. Amma bu gün bunların heç bir dəyəri yoxdur".

Aysel Hacızadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 19 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri