Icma.az
close
up
RU
Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

Xalq şairi Nəbi Xəzrinin 100 illiyi ilə əlaqədar silsilə materiallar hazırlanıb

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100-ci ildönümüdür. Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzrinin həyat və yaradıcılıq yoluna həsr edilmiş “Xalq şairi Nəbi Xəzri -100” adlı elektron məlumat bazası və eyniadlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada şairin 90 və 100 illik yubileylərinin keçirilməsinə dair imzalanan rəsmi sənədlər, layiq görüldüyü orden və mükafatlar, filologiya elmləri doktoru Vasif Yusiflinin “Xoşbəxt taleli sənətkar”, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun “Həmişə müasir şair” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Məlumat bazası Xalq şairinin zəngin yaradıcılığını əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Nəbi Xəzrinin müəllifi, redaktoru olduğu, “Ön söz” yazdığı kitabların, məqalələrin, tərcümə və notların, şairin sözlərinə bəstələnən mahnıların siyahısı təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin xatirəsinin əbədiləşdirilməsinə dair məlumatlar, filmoqrafiyası, video və foto qalereyası da sərgilənir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazanın birinci səhifəsində “Xalq şairi Nəbi Xəzri - 100” adlı virtual kitab sərgisi yerləşdirilib. Virtual sərgidə altmış ildən artıq ədəbiyyatımıza xidmət etmiş şairin bədii, ictimai fəaliyyətinə nəzər salınır, dilimizin poetik imkanlarından ustalıqla bəhrələnən Nəbi Xəzrinin istedadlı şair olması ilə yanaşı, həmçinin dünya poeziyası nümunələrini böyük məharətlə Azərbaycan dilinə tərcümə edən bacarıqlı bir tərcüməçi olması da qeyd edilir. Nəbi Xəzrinin müəllifi olduğu bir sıra dram əsərlərinin Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulması və bunun müəllifinə bir dramaturq kimi böyük şöhrət qazandırması haqqında məlumat verilir. Virtual sərgidə şairin foto və video görüntüləri, şeirlərindən və müəllifi olduğu mahnılardan fraqmentlər təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə Nəbi Xəzrinin “Atillanın atlıları”, “Seçilmiş əsərləri”, “Qəm dəftəri”, “Xəzan yarpaqları”, “Nəsillər-əsrlər”, “Torpaq sənə and içirəm” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri