Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Xalq yazıçısı Kamal Abdullayevin alim oğlu...

Xalq yazıçısı Kamal Abdullayevin alim oğlu...

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Mehdi Abdullayev- 45
Deyir ki:- “Elm sahəsi üzrə valideynlərimə tənqidçi ola bilməsəm də, bədii sahədə oxucu olaraq öz fikrimi bildirirəm. Hələ də alimlər arasında belə bir tərəddüd var ki “insanı formalaşdıran mühitdi, yoxsa genlərdir?!” Mənim fikrimcə, formalaşmağıma həm genlər, həm də böyüdüyüm mühit təsir edib. Ona görə də uşaqlıqdan nələri görmüşəmsə, o cür də davam etmişəm. Atam şahmat oynayıbsa, mən də 5 yaşımda şahmatla məşğul olmağa başlamışam. 5 yaşımda oxumağı, yazmağı mənə öyrətdilər. Yadımdadır ki, oxuduqlarımı atamla müzakirə edirdik.”

Mülayim xarakteri var. İntuitiv olaraq baş verəcək hadisələri öncədən hiss edə bilir. Ona görə də nadir hallarda uğursuzluğa düçar olur. Öz nöqteyi-nəzərini olduqca yumşaq şəkildə çatdırmağı və eləcə də başqalarını özünə inandırmağı bacarır. Həmişə nəzakətli olmağa və həmsöhbətini anlamağa çalışır. Onu təsadüfü hallarda kobud və ya aqressiv görə bilərsiz. Natiqliyi sayəsində ətrafına tez təsir göstərir. Rahat yaşamaq üçün faydalı əlaqələr qurmağa meyillidir. Münasibətlərdə həmişə etibarlı və sabitdir. Həyata həssas yanaşma tərzi var. Necə deyərlər, yalnız sınanılmış insanlarla dostluq etməyə üstünlük verir. Bacarıqlı, savadlı, işgüzar adamdır. Zarafat deyil, iyirmi beş yaşında namizədlik, otuz yeddi yaşında isə doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru alimlik dərəcəsinə nail olub…

“Mənim inkişafımda böyüdüyüm və içində olduğum mühitin ancaq müsbət təsiri olduğunu söyləyə bilərəm. Özümü dərk edəndən kitabın, ədəbiyyatın əsl mahiyyətini qavramışam. Mütaliənin insan həyatında vacibliyi fikri mənə lap uşaq yaşlarımdan aşılanıb. Ədəbiyyata həmişə marağım olub və o maraq bu gün də davam edir. Ancaq bu maraq daha çox seyrçi, oxucu marağıdır. Yazmağa marağım olmasa da, elm sahəsinə marağım güclü oldu. Çünki valideynlərimin elmi potensiala sahib olması məni daha çox özünə çəkdi.”- söyləyir…
Haqqında söhbət açmaq istədiyim Mehdi Abdullayev 1980-ci il iyul ayının 26-da Bakı şəhərində, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın ailəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq idarəsində müstəntiq işləyib. AMEA İnsan Hüquqları İnstitutunda çalışıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim, baş müəllim, dekan müavini olub. 2005-ci ildə "Cinayət prosesində insan hüquqlarının müdafiəsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının qanunvericiliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birinci qurultayında İcmanın Əlaqələndirmə Şurasının sədri seçilib. 2010-cu ilin aprel ayından 2016-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru olub. 2017-ci ildə doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri təyin edilib...

Bütün bunlara baxmayaraq, ədəbiyyat vurğunudur. Kitab oxumağı, bədii ədəbiyyatı mütaliə etməyi xoşlayır. Mütaliə etdiyi xeyli kitablar var...
Deyir ki:- “Yaxşı yadımdadır, atam mənim üçün kitablar üzrə bir ardıcıllıq tərtib etmişdi. Şerlok Xolmsdan başlayaraq Don Kixota qədər. İlk oxuduğum Artur Konan Doylun Şerlok Xolmsunun macəraları olub. 5-6 yaşlarımda Orxon Yenisey abidələrinin bizim üçün bir dəyər olduğunu mənə öyrətmişdilər. Hesab edirəm ki, uşaq yaşlarında əsası qoyulan fundament sonradan bizim düzgün istiqamətlənməyimizə yardımçı olur. Uşaq yaşlarımda dünya ədəbiyyatını daha çox oxumuşam. Sovet dövründə yaşayanlar bilər. Bir çox evdə dünya ədəbiyyatı dərgisi olurdu. Bizim də evimizdə həmin dərgi vardı. Tolstoy, Balzak, Dostoyevski, Çexov və digər klassikləri oxuyurdum.”
Yay tətillərinin birində atası xeyli sual-cavabından sonra onun milli ədəbiyyat sahəsində biliklərindən bir o qədər də razı qalmadığını bildirir. O da bütün tətilini Nəriman Nərimanovun, Əbdürrəhman bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun tam yaradıcılığını oxumaqla keçirir. Hesab edir ki, uşaqlara ədəbiyyatı sevdirəndə bunu paralel formada həyata keçirtmək vacibdir. Milli köklərini dəyərləndirməyi bacarmayan insana sonrakı həyatı qavramaq çətin olur. Milliyyətindən asılı olmayaraq klassikləri sevə-sevə oxuyur…
“İnsanın şəxsiyyət kimi formalaşdırılmasında klassiklərin rolu böyükdür. Məsələn, Balzakın “Bəşəri komediya” silsilə əsərlər toplusu var ki, dünyadır. Məşhur bir deyimdəki kimi, ay işığında heç nə yeni deyil. Bu mənada klassik ədəbiyyat insanın şəxsiyyət kimi formalaşmasına, onun dünyagörüşünün zənginləşməsinə kömək edir. Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanı möhtəşəmdir. Korçaqın öz mübarizliyi ilə, Çernışevskinin Raxmetovu, Ovod əsərindəki Artur bizim uşaqlıq qəhrəmanlarım olub. Çexov, Tolstoy, Dostoyevski, Cek London yaradcılığı hər dövr üçün aktualdır. Təbii ki, Nizami, Füzuli, Nəsimi və Xətai titanlardır. Onların yaratdıqları artıq mənim təhtəlşüurumdadır. Bundan əlavə şairlərdən ən çox Almas Yıldırımı, Müşviqi, Vaqif Səmədoğlunu, Ramiz Rövşəni , Lermontovu, Yesenini, Mandelştamı və Brodskini bəyənirəm. Ən çox bəyəndiyim parça Almas Yıldırımın “Əsir Azərbaycan” şerindədi:
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy!..”- söyləyir.
Məktəbə getməyə başlayanda artıq rus dilində danışmağı bacarsa da, onu Azərbaycan bölməsinə qoyublar. Və orta məktəbi ana dilində başa vurub…
Deyir ki:- “Mənim üçün xarici dillər bir vasitədir, məqsəd deyil. Xarici dil bilmək həmin dildə olan ədəbiyyatı orijinaldan oxumaq, həmin dildə danışan insanlarla ünsiyyətdə olmaq deməkdir. Daha artığı yox. Doğrudur, dünya dillərini uşaqlarımıza öyrətməyimizin heç bir ziyanı yoxdur. Bu üstünlükdür. Ancaq hər bir azərbaycanlı ilk növbədə ana dilini bilməlidir. Çünki Azərbaycan dili ətrafında Azərbaycan milləti formalaşır. Bizim vətənimiz Azərbaycan, doğma dilimiz isə Azərbaycan dilidir. Bunları heç zaman unuda bilmərik. Eyni zamanda, nə qədər xarici dil bilsək, o da başucalığıdır…”
İyulun 26-da haqqında söhbət açdığım hüquq elmləri doktoru Mehdi Abdullayevin 45 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram...

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 İyul 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see440

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see391

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see355

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see286

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see221

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see214

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see214

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see210

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see204

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see202

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see194

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see191

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see188

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see185

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see182

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see181

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see173

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see170

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see160

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri