Icma.az
close
up
RU
Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb

Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb.

525.az-a kitabxanadan bildirilib ki, virtual sərgidə Maqsud İbrahimbəyovun çoxşaxəli fəaliyyəti, zəngin bədii irsi haqqında məlumat verilir, onun istedadlı nasir olması ilə yanaşı dramaturq, kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi olduğu qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Maqsud İbrahimbəyovun Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat verilir, müəllifin kitablarının 36 xarici dilə tərcümə olunduğu, dünyanın bir çox ölkələrində dərc edildiyi və səhnələşdirildiyi diqqətə çatdırılır. Materialda adət-ənənələrə bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus, milli koloritili təsvirinin Maqsud İbrahimbəyovun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlər olması qeyd edilir.

Virtual kitab sərgisində müəllifin “Cəhənnəmə sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o bizimlə qalsın”, “Püstə ağacı”, “Uşaqlığın son gecəsi” kimi kitablarının qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə alınan dövrü mətbuat nümunələri sərgilənir.

"Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri