Icma.az
close
up
RU
Xalqımız azad Qarabağın yaralarını da özü sağaldır

Xalqımız azad Qarabağın yaralarını da özü sağaldır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Qarabağa səfər edənlərin bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola biləcəklərini diqqətə çatdırıb, Azərbaycanın müharibəni bütün beynəlxalq qaydalara uyğun olaraq apardığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb. Ermənistan ordusu isə döyüşlər vaxtı istər hərb meydanında, istərsə də dinc sakinlərin məskunlaşdıqları yaşayış sahələrində – şəhər və kəndlərimizdə ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribatlar törətdi, qadağan olunmuş silahlardan istifadə etdi, ağ fosforlu bombaları, ballistik raketləri işə salmaqdan belə çəkinmədi. Dinc əhali arasında neçə-neçə yaşlı və körpə də terror qurbanlarına çevrildi.

Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulub. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Qeyd etdiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində ölən və yaralananlar arasında çox sayda uşaq və qadınlar da olub. Gəncə, Bərdə və digər şəhərlərdə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı.

Ermənistanın öz ərazisindən Azərbaycan şəhərlərini raket atəşinə tutmasının arxasında isə əsasən məkrli niyyət dayanırdı. İşğalçı dövlət bununla Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik etmək, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə, münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdürdü. Düşmən bütün bunlarla bərabər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq istəyini ifadə edirdi. Amma yanılırdı, unudurdu ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti və xalqımızın dəstəyi ilə tezliklə tarixi torpaqlarımızdan qovulub çıxarılacaq, terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soyqırımlar törədən, nahaq qanlar tökən qatilə layiqli cavab veriləcək.

Erməni vandallarının xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi dövlətimizin qarşısında duran ən mühüm vəzifədir. Dövlətimizin başçısı hər zaman bütün məsələlərdə olduğu kimi, bu istiqamətdə də aydın planlara, strateji hədəflərə malikdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin yüksək sürətlə və keyfiyyətlə aparılması da bunun parlaq ifadəsidir.

Prezident İlham Əliyev sözügedən beynəlxalq forumda çıxışı zamanı deyib ki, əgər Ermənistan qəsbkarlıq yolunu tutmasaydı, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi: “Lakin Ermənistan işğalçılıq məqsədini qarşıya əsas vəzifə qoyduqdan sonra Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə həyata keçirilməyə başlandı və Ermənistan bu prosesdən kənarda qaldı. Halbuki işğalçı ölkə bundan bəhrələnə bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.

Söz Ermənistandan düşmüşkən, Prezident İlham Əliyevin beynəlxalq forumdakı çıxışından bir məqama da toxunmağı zəruri sayırıq. Belə ki, dövlətimizin başçısı nitqində qeyd edib ki, sülh müqaviləsi imzalanandan sonra, ilk mərhələdə, etimadın yaradılması barədə düşünmək zəruridir. Bunun üçün həmin dövrdə bir sıra məsələlərin həlli, məsələn, Ermənistanın Araz çayını çirkləndirməsinin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir. “Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir”.

Xatırladaq ki, Ermənistan uzun illər ərzində beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozaraq dağ-mədən sənayesində apardığı qanunazidd işlərlə ətraf mühitdə ciddi ekoloji böhran yaradıb. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükə yaradıb. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atıb. Bütün bunlara görə də işğalçı ölkədə beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması zərurəti yaranıb.

Ermənistan bu gün dövlət gəlirlərini təbii resursların istismarı və satışı üzərində qurulan primitiv iqtisadi modelə əsasən qarşılayır. Bu prosesdə mühüm rol oynayan dağ-mədən sənayesi yalnız ölkənin deyil, həm də qonşu dövlətlərin ekosisteminin sıradan çıxmasına şərait yaradır. Şübhəsiz ki, bu prosesdə ən böyük zərər çəkən ölkə məhz Azərbaycandır. Aparılan tədqiqatlar deməyə əsas verir ki, Ermənistanın bölgələrindən keçərək ölkəmizə daxili olan çay sistemlərində suyun keyfiyyəti, məişətdə istifadəsi və irriqasiyada tətbiqi beynəlxalq standartlara uyğun deyil. Kür və Araz kimi sərhədyanı çayların birbaşa və ya dolayı yolla çirkləndirilməsi həm də bütün Xəzər hövzəsinin ekologiyasına ciddi təhdid yaradır. Bu isə problemin artıq qlobal miqyasa keçdiyini göstərir.

Ermənistan uzun illər ərzində beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozaraq dağ-mədən sənayesində apardığı qanunazidd işlərlə ətraf mühitdə ciddi ekoloji böhran yaradıb. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükə yaradıb. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atıb. Bütün bunlara görə də işğalçı ölkədə beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması zərurəti yaranıb.

XQ-nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri