Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti rəisinin müavini konfransda çıxış etdi FOTO

Dövlət Vergi Xidməti rəisinin müavini konfransda çıxış etdi FOTO

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsi Akademiyasının və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva konfransın panel sessiyasında çıxış edib.
Demokrat.az
xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının bölgədə yaratdığı yeni imkanları qeyd edən DVX rəisinin müavini bu imkanların iqtisadi inkişafa çevrilməsi və iqtisadi şaxələnmənin sürətləndirilməsinin qarşıda duran strateji çağırışlardan biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin gələcəyinə uzunmüddətli baxışı müəyyən edir və 5 milli prioritetdən biri dayanıqlı, rəqabətədavamlı və şaxələnmiş iqtisadiyyatın formalaşdırılmasıdır. Bu istiqamət həm ölkənin iqtisadi təhlükəsizliyinin, həm də suveren inkişafının əsas sütunlarındandır.
Samirə Musayeva mövcud vergi qanunvericiliyinin əsas istiqamətləri, vergi siyasətinin modernləşdirilməsi, biznes mühiti üçün yaradılan yeni imkanlar, həmçinin Dövlət Vergi Xidmətinin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb. Bildirib ki, iqtisadi islahatların mahiyyəti şəffaflığın artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal həllərin geniş tətbiqi ilə səciyyələnir. Onun özlərinə görə, vergi qanunvericiliyi çevik xarakter daşıyır və dəyişikliklər əsasən iqtisadiyyatı tənzimləyən normalardan irəli gəlir. Gələn ilin büdcə parametrlərinə toxunan DVX-nin rəis müavini bildirib ki, dövlət büdcəsi gəlirlərinin 61,7 faizi vergi və gömrük orqanlarının xətti ilə formalaşacaq, bu da iqtisadi fəallığın artdığını və vergitutma bazasının genişləndiyini göstərir.
Samirə Musayeva vergi tənzimlənməsində ikili alətin tətbiq olunduğunu vurğulayıb. Birinci alət tənzimləmə xarakterli olub vergi təşviqləri, güzəştlər, sadələşdirilmiş hesabatlılıq və sahibkarlar üçün əlverişli mühitin formalaşdırılmasını əhatə edir. İkinci alət isə qanunsuz sahibkarlıqla mübarizədir. Bu kontekstdə DVX həm fiskal orqan, həm də iqtisadi sahədə cinayətkarlıqla mübarizə aparan qurum kimi fəaliyyət göstərir.
Rəqəmsallaşmanın çağırışlarından bəhs edən DVX rəisinin müavini qeyd edib ki, yeni texnologiyalar və rəqəmsal həllərin sürətli inkişafı biznes fəaliyyətinin virtual müstəviyə keçidini sürətləndirir. Belə əməliyyatların müəyyənləşdirilməsi və vergiyə cəlb olunması müasir dövrdə əsas çağırışlardan biridir. Bu baxımdan DVX rəqəmsal infrastrukturun gücləndirilməsi, böyük məlumatların (big data) analizi, vergi risklərinin idarə edilməsi və insan resurslarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Tədbir qarşılıqlı fikir mübadiləsi, müzakirələr və praktiki təcrübələrin paylaşılması ilə davam edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri