Icma.az
close
up
RU
Xalqımıza qarşı törədilmiş qanlı faciə ŞƏRH

Xalqımıza qarşı törədilmiş qanlı faciə ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan xalqının çoxəsrlik tarixində qürurverici qələbələrlə yanaşı, həm də böyük faciələr və kədərli səhifələr mövcuddur. Bu faciələrin ən dəhşətlisi və miqyasına görə ən ağırı, şübhəsiz ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın digər bölgələrində erməni-bolşevik silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlardır. Hər il mart ayının 31-ni "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd etməyimiz, sadəcə bir xatırlama deyil, eyni zamanda milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasıdır. 1918-ci ilin əvvəllərində Rusiyada baş verən siyasi xaosdan və Birinci Dünya müharibəsinin yaratdığı gərginlikdən istifadə edən erməni millətçiləri, "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün Bakı Kommunası ilə ittifaqa girərək azərbaycanlılara qarşı sistematik bir etnik təmizləmə planını işə saldılar. Martın 30-da axşam saatlarında Bakıda başlanan atışmalar qısa müddətdə dinc əhaliyə qarşı genişmiqyaslı qırğına çevrildi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın göstərişi ilə minlərlə silahlı erməni daşnakı, bolşevik bayrağı altında Bakının müsəlman məhəllələrinə hücum etdi. Üç gün davam edən qanlı hadisələr nəticəsində təkcə Bakıda 12 mindən çox soydaşımız amansızlıqla qətlə yetirildi. İnsanlar diri-diri yandırılır, tarixi abidələr, məscidlər və milli mətbuatın mərkəzi olan binalar top atəşinə tutularaq dağıdılırdı. "İsmailiyyə" binasının yandırılması, "Kaspi" qəzetinin mətbəəsinin məhv edilməsi xalqın həm canına, həm də mənəviyyatına vurulan ağır zərbələr idi. Faciə təkcə Bakı ilə məhdudlaşmadı. Soyqırımı aktı qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Lənkəranı da əhatə etdi. Şamaxıda 7 mindən çox insan məhv edildi, şəhərin qədim məscidləri dağıdıldı. Qubada isə amansızlıq özünün ən pik nöqtəsinə çatdı; burada 160-dan çox kənd yerlə-yeksan edildi, minlərlə dinc sakin qətlə yetirilərək kütləvi məzarlıqlara dolduruldu. 2007-ci ildə Qubada aşkar olunan kütləvi məzarlıq, 1918-ci il hadisələrinin nə dərəcədə vəhşiliklə törədildiyini bütün dünyaya sübut edən maddi dəlildir. Bu qanlı hadisələrə ilk siyasi qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilməyə başlanmışdı. 1918-ci ilin iyulunda yaradılan Fövqəladə Təhqiqat Komissiyası cinayətləri sənədləşdirdi, lakin Cümhuriyyətin süqutu bu prosesi yarımçıq qoydu. Sovet dönəmində isə bu mövzu "xalqlar dostluğu" pərdəsi altında ört-basdır edildi, həqiqətlər tarix kitablarından silindi. Yalnız ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə martın 31-i dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Bu Fərmanla tariximizin qaranlıq qalmış səhifələrinə işıq salındı və erməni şovinizminin cinayətkar mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmağa başlandı. Bu gün Azərbaycan güclü və suveren bir dövlət olaraq öz şəhidlərinin ruhunu uca tutur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, bir əsr əvvəl törədilən bu qırğınların və işğalın mənəvi qisası idi. Biz 31 Martı anarkən təkcə kədərlənmirik, həm də bir daha birliyimizi və sayıqlığımızı qorumağın nə dərəcədə vacib olduğunu dərk edirik. Bu faciə, azərbaycanlılara qarşı yönəlmiş planlı soyqırımı siyasətinin ən qanlı xatırlatmasıdır və dünya birliyi tərəfindən bu cinayətlərə ədalətli hüquqi qiymət verilməsi tarixi bir zərurətdir. Soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Mart 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri