Icma.az
close
up
RU
Xalqın Xocalı yaddaşı: Qayıdış, bərpa və inkişaf

Xalqın Xocalı yaddaşı: Qayıdış, bərpa və inkişaf

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 fevral Azərbaycan xalqının yaddaşında təkcə kədər və matəm günü kimi yox, eyni zamanda, milli qətiyyətin, tarixi ədalət uğrunda mübarizənin və dövlət prinsipiallığının ifadəsi kimi dərin iz buraxıb. Hər il bu tarixdə xalqımız həm Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, həm də bu faciənin bir daha təkrarlanmaması üçün kollektiv şüuru gücləndirir. Xocalının yaddaşı bizə göstərir ki, ədalət uğrunda mübarizə heç vaxt bitməz və haqqın səsi hər zaman ucalmalıdır.
O faciəni anarkən ilk növbədə Ümummilli Lider Heydər Əliyevin sözləri yada düşür:
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın separatçı-millətçi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.
Ulu Öndər, həmçinin vurğulayırdı ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
Ümumilli Liderin bu qiymətləndirməsi bu soyqırımının mahiyyətini dəqiq ifadə edirdi. Bəli, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli, ağrı-acılı səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Şəhər ağır artilleriya atəşinə məruz qaldı, mühasirəyə alındı və çıxış yolları bağlandı.
Həmin gün canını qurtarmaq ümidi ilə şəhəri tərk etməyə çalışan insanlar Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında pusquya salındı, ya atəşə tutuldu, ya da əsir götürüldülər.
Hücumdan sonra şəhərdə qalan 2500-ə yaxın sakin azərbaycanlıların nəzarətində olan əraziyə çatmaq üçün hərəkətə keçdi, lakin əsasən qadın və uşaqlardan ibarət olan insanların böyük bir hissəsi dağlarda şaxtanın, aclığın və təqibin nəticəsində donaraq həyatını itirdi. Bu, müasir dövrün gözü qarşısında baş vermiş insanlıq dramı idi.
Ağlasığmaz məlum faciə zamanı 613 nəfər qətlə yetirildi.
Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. Səkkiz ailə tamamilə məhv edildi, 27 ailədən yalnız bir nəfər sağ qaldı. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. 230 ailə öz başçısını itirdi. 487 nəfər şikəst oldu, onlardan 76-sı azyaşlı idi. 1275 nəfər əsir götürüldü, 1165 nəfər sonradan azad olunsa da, 150 nəfərin taleyi bu günədək naməlum qalır.
56 nəfər xüsusi qəddarlıqla öldürüldü. Bu rəqəmlərin hər biri yarımçıq qalmış həyat, dağılmış ailə, sönmüş ocaq deməkdir.
Bu faktlar Xocalının adi hərbi əməliyyat yox, məqsədli məhvetmə aktı olduğunu açıq şəkildə göstərir. İşğal nəticəsində Xocalı şəhəri tamailə xarabalığa çevrildi. 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV–XV əsrə aid abidələr və qəbiristanlıq vandallıqla məhv edildi. Bununla həm insanlar, həm də bir şəhərin tarixi yaddaşı, mədəni irsi, mənəvi dəyərləri hədəfə alındı.
 

Azərbaycanda aparılmış istintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərdə həm əməl faktı – "actus reus", həm xüsusi mühafizə olunan qrupun mövcudluğu, həm də xüsusi soyqırımı niyyəti elementlərinin mövcudluğu müəyyən edilmiş, cinayət təqibinin davam etdirilməsi üçün kifayət qədər əsasların olduğu təsdiqlənmişdir.


Bu hüquqi qiymətləndirmə Xocalı həqiqətlərinin beynəlxalq hüquq çərçivəsində də əsaslı olduğunu göstərir. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi elan olunması təsbit edildi. Bu sükut bir dəqiqəlik olsa da, onun mənəvi yükü onilliklərin ağrısını daşıyır. Xocalı faciəsi miqyasına və qəddarlığına görə Holokost kimi insanlıq tarixinin ən qanlı səhifələri ilə müqayisə edilir.
Bu günə kimi sözügedən soyqırımı 18 ölkənin parlamenti və ABŞ-nin 24 ştatı tərəfindən tanınıb.
20 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının sessiyasında Xocalı hadisələri soyqırımı kimi tanınıb, 2013-cü ildə Qahirədə qəbul olunmuş Yekun Kommünikedə üzv dövlətlər tanınma istiqamətində səylərə çağırılıb. Xarici ölkələrdə Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılıb. Bu qərarlar və sənədlər göstərir ki, Xocalı həqiqətləri beynəlxalq miqyasda da qəbul edilir.
 

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına start verildi. Bu kampaniya çərçivəsində yüz minlərlə insan və 115 təşkilat maarifləndirmə fəaliyyətinə qoşulub. “Justice for Khojaly” portalı isə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm informasiya platformasına çevrilib. Kampaniyanın məqsədi yalnız tanınma deyil, həm də hüquqi-siyasi qiymətin verilməsi, məsul şəxslərin cəzalandırılması və qurbanların xatirəsinin yaşadılmasıdır.


Nüfuzlu xarici mətbuat orqanları olan “The Times”, “Le Monde”, “Financial Times”, “İzvestiya” və digərləri Xocalıda baş verən vəhşilikləri faktlarla təsdiqləyiblər.
Bu nəşrlərdə dərc olunan materiallar göstərir ki, bu soyqırımı real və sənədləşdirilmiş faciə idi. Prezident İlham Əliyev qeyd etmişdir: “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik… Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində Xocalı separatçılardan təmizləndi və 15 oktyabr 2023-cü ildə şəhərdə Dövlət Bayrağı ucaldıldı. Prezidentin sözləri ilə desək:
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi… Biz tarixi ədaləti bərpa etmişik”.
Bu, yalnız hərbi qələbə deyil, mənəvi ədalətin təntənəsi idi.
Bu gün Prezident İlham Əliyevin göstərişi ilə Qarabağın hər yerində, xüsusən Xocalıda da bərpa və quruculuq işləri sürətlə aparılır. 2026-cı il 19 yanvaradək Xocalı şəhəri və kəndlərinə 881 ailə -3602 nəfər köçürülüb. Sevindirici haldır ki, Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərində həyat yenidən canlanır.
 

2024-cü ildə Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyulub, 2025-ci ildə onun yaradılması haqqında dövlətimizin başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Kompleksdə faciənin tarixi, qurbanların hekayələri, sənədli materiallar təqdim olunacaq və bu məkan yaddaşın canlı ünvanına çevriləcək. Bundan əlavə, 2023-2025-ci illərdə Müzəfər Ali Baş Komandan Prezident İlham Əliyevin Xocalıya çoxsaylı səfərləri, infrastruktur, enerji, sənaye və kənd təsərrüfatı obyektlərinin açılışı, sakinlərlə görüşlər Böyük Qayıdışın real və dönməz xarakter aldığını göstərir. Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimləri isə milli həmrəyliyin, ortaq yaddaşın və ədalət inamının təcəssümüdür.


Xocalı həm faciə, həm mübarizə, həm də dirçəlişdir. Bu tarix unudulmur və unudulmayacaq. Çünki Xocalı artıq yalnız keçmişin ağrısı yox, həm də gələcəyin məsuliyyətidir.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri