Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Xalqın qan yaddaşı

Xalqın qan yaddaşı

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xocalı faciəsindən bizi 33 il zaman ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tariximizə qanlı hərflərlə yazıldı. Xocalı şəhərində baş verənlər yalnız bir xalqın deyil, ümumilikdə bəşəriyyətin yaddaşına həkk olunmuş dəhşətli faciələrdən biridir. Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı alayının birbaşa iştirakı ilə törətdiyi bu soyqırımı dinc əhaliyə qarşı görünməmiş qəddarlıq nümunəsidir.

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Rəsmi statistikaya görə, 613 nəfər öldürülmüş, yüzlərlə insan ağır xəsarət almış, minlərlə azərbaycanlı doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.

Xocalı faciəsi yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn da diqqət mərkəzində olan bir cinayətdir.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

BMT-nin 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi soyqırımı aktı hesab olunur. Xocalıda törədilmiş qətliam məhz bu konvensiyanın tələblərinə tam uyğun gəlir. Azərbaycan dövləti uzun illərdir ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl diplomatik və hüquqi fəaliyyət həyata keçirir. Bu günə qədər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

2020-ci il Vətən müharibəsi zamanı Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbə Xocalı şəhərinin azad olunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan dövlətinin suverenliyi Xocalıda tam bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpasına başlanıldı və 2024-cü il fevralın 26-da Xocalı Soyqırımı Memorialının təməli qoyuldu.

Prezident İlham Əliyev ötən həftə – 18 fevral 2025-ci il tarixində Xocalıya səfər etdi. Bu səfər zamanı dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular. Layihə çərçivəsində qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması planlaşdırılır.

Tarixi ədalət bərqərar olur. Xocalıda yeni həyat başlayır. Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı 28 may 2024-cü il tarixində, Müstəqillik Günündə başlayıb. Həmin gün Prezident İlham Əliyev Xocalıya səfər edərək, yenidən qurulan mənzillərin açarlarını sakinlərə təqdim etdi. İlk mərhələdə 20 ailə (81 nəfər) Xocalıya köçüb, ertəsi gün isə daha 24 ailə (88 nəfər) şəhərə yerləşib. Ümumilikdə, 44 ailə (169 nəfər) Xocalıya qayıdıb və bu proses davam edir.

Şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılıb. 140 fərdi yaşayış evi, 48 kottec tipli ev və 9 binadan ibarət 110 mənzil tikilib və təmir edilib. Bununla yanaşı, məktəb, uşaq bağçası, bazar yeri, iaşə obyektləri və idman kompleksi kimi infrastruktur obyektləri də inşa edilib. Şəhərin giriş hissəsində bulvar ərazisi salınıb və sakinlərin istifadəsinə verilib.

Xocalı şəhərində həyata keçirilən bu tədbirlər və sakinlərin qayıdışı, Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin edilməsi istiqamətində atılan mühüm addımlardır.

Beynəlxalq İctimaiyyətin Məsuliyyəti Xocalı faciəsinin dünya səviyyəsində tam şəkildə tanınması, beynəlxalq hüquq müstəvisində ona adekvat qiymətin verilməsi təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin borcudur. Holokost, Ruanda, Bosniya soyqırımları kimi tarixi cinayətlərə verilən qiymət, beynəlxalq ədalət mexanizmlərinin Xocalı qurbanları üçün də tətbiq olunmasını zəruri edir. “Xocalıya Ədalət” kampaniyası bu istiqamətdə mühüm rola malikdir və dünya ictimaiyyətini bu məsələyə daha dərindən yanaşmağa səsləyir.

“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır və heç vaxt unudulmayacaq. Dövlətimizin güclənməsi, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Xocalı şəhidlərinin ruhuna ehtiramın təzahürüdür. Tarixi ədalətin tam bərqərar olması üçün Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini davam etdirməkdə qərarlıdır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri