Icma.az
close
up
RU
Xalqlarından oğurladılar, amma özlərinə qismət olmadı DEVRİLMİŞ DİKTATORLARIN ACI TALEYİ

Xalqlarından oğurladılar, amma özlərinə qismət olmadı DEVRİLMİŞ DİKTATORLARIN ACI TALEYİ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Dünya mediası hələ də devrilmiş Suriya lideri Bəşər Əsədin varidatından yazır.

Gununsesi.info xatırladır ki, ABŞ Konqresinin rəsmi məlumatına görə onun 2 mlrd. dollar pulu var.

Amma xarıcı banklarda, offşorlardakı pulları, xaricdəki daşınmaz əmlakları, firmaları, zavodları, anbar-anbar sənət əsərləri toplam 60-120 mlrd. dollar dəyərləndirilir.

Gununsesi.info-nun xəbərinə görə, Türk yazarı və jurnalisti Yılmaz Özdil avtoritar quldurların talançılığını çox gözəl sistemləşdirib. Baxın:

Səddam Hüseynin rəsmi 6 mlrd, qeyri-rəsmi 40 mlrd sərvəti var idi. Yalnız Tailandda 1 mlrd dəyərində almaz, brilyant və digər dəyərli daşlar saxlayırmış.

Müəmmar Qəddafinin sərvəti 160 mlrd dollar idi. Bunun 17 mlrd-ını nağd, qızıl və daş-qaş formasında Nigerdə saxlayırdı. Öldürüldükdən sonra Zillah və Hun şəhərlərində hərəsində yerə basdırılmış 20 ton qızılı tapıldı. Liviyada hələ də yer qazıb qızıl axtaranlar var. Səddam asıldı, Qəddafi öldürüldü, sərvətləri itib-batıb getdi.

Hüsni Mübarək – 67 milyard dollar çalmışdı. Müxtəlif ölkə banklarında öz rəsmi adı ilə hesablarında 17 mlrd dollar var idi. Şimaldan cənuba, şərqdən qərbə dünyaya səpələnmiş şirkətləri, otelləri, əmlakları var idi. Öldü, sərvəti misir xalqından başqa kimə istəsən qismət oldu.

Ömər Əl-Bəşir – 1989-2019-cu illərdə 30 il Sudanın prezidenti olub. Dünyanın ən kasıb ölkəsindən 20 milyard oğurlayıb, təkcə İngiltərə banklarında 9 mlrd pulu olub. Sarayından kisələrdə 130 milyon dollar nağd pul tapıldı. Nəticə – Sudanda aramsız vətəndaş müharıbələri, ölkənin 2 yerə bölünməsi.

Zeynal Abidin Bin Əli – 24 il Tunisi yönəltdi, 15 mlrd dollar çaldı. Arvadı, first lady Leyla qardaşı ilə birlikdə Tunisdə silah və narkotika ticarətini idarə edirdi. Acgözlükdə sərhəd tanımayan birinci ledi müxalifətçiləri öldürtdürürmüş, şam yeməyini sifarışlə Fransadan təyyarə ilə gətizdirirmiş, özünə kraliça deməyi tələb edirmiş.

Ərinə xəbər belə vermədən Mərkəzi Bankın 1,5 ton qızılını xarıcə qaçırıbmış.

Əli Abdullah Saleh – Yəmən, 34 il, 32 milyard dollar. Standartları var imiş – ildə 2 mlrd rüşvət yığılmalıymış.

Nəcib Tun Razak – saydıqlarımın içində yeganə həbs edilmiş quldur – 12 il həbs, 52,5 mln dollar pul cəzası. 14 il Malaziyanın müdafiə naziri, 5 il baş nazirin müavini, 9 il baş nazir. Sorğulandı, amma nə qədər milyard oğurladığını müəyyənləşdirə bilmədilər.

Yalnız Malaziyanın infrastruktur layihələrini maliyyələşdirmək üçün yaradılmış fonddan 3,5 milyardın yoxa çıxdığı məlum oldu, 5 müxtəlif banklarda 680 milyon dolları tapıldı. Sarayından 26 müxtəlif valyuta ilə dolu 52 çemodan, cəmi 30 mln dollar və içi cəvahiratla dolu 37 brenddən 567 sumka çıxdı. Saydılar, 12 min zinət əşyası, cəmi 277 milyon dollarlıq. Məhkəmədə bu sumkalar nədir sualına, “kürəkənimin mənə və xanımıma hədiyyəsidir” – cavabını verib.

Elmar Elnuroğlu

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri