Icma.az
close
up
RU
XalqOnline tətbiqi daha əlçatan oldu

XalqOnline tətbiqi daha əlçatan oldu

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq Bank müştərilərə rahat və innovativ bankçılıq təcrübəsi təqdim edən XalqOnline mobil tətbiqini daha da əlçatan etdi.

Globalinfo.az bildirir ki, tətbiqin yeni versiyası bankın müştərisi olmayan şəxslərə də mobil nömrə ilə qeydiyyatdan keçmək imkanı verir.

Bankın Rəqəmsal bankçılıq idarəsinin rəisi Toğrul Vəlibəyov: “Əsas hədəfimiz, müştərilərimizin gündəlik bankçılıq ehtiyaclarını ən sürətli və rahat şəkildə təmin etməkdir. Mobil tətbiqimiz, istifadəçilərə bank hesablarını izləmək və idarə etmək imkanı təqdim etməklə yanaşı, maliyyə əməliyyatlarını daha müasir və təhlükəsiz şəkildə həyata keçirmələrini təmin edir”.

İstifadəçilər XalqOnline-da kommunal, mobil, parkinq, kredit və digər ödənişlər, ƏDV geri al xidməti, ölkədaxili və xarici köçürmələr, valyuta alqı-satqısı əməliyyatlarını icra edə bilərlər. Rahat ödənişlər üçün şablon və dövri ödənişlər yaratmaq funksionallığı mövcuddur. Tətbiqdə onlayn hesab açmaq, kredit, kart və müxtəlif sığorta məhsullarının sifarişini həyata keçirmək mümkündür. Qeyd edək ki, əvvəlki dövrdə yalnız Xalq Bank müştəriləri tətbiqin bu imkanlarından yararlana bilərdilər, indi isə hər kəs XalqOnline tətbiqini İOS və ya Android platformalarından yükləməklə məsafədən məhsul sifariş edə və bankın müştərisinə çevrilə bilər.

Xalq Bank kart sahibləri tətbiqin imkanlarından yararlanaraq balansa nəzarət, əməliyyatların qrafik dinamikasını izləmək, hesabdan çıxarış əldə etmək, gündəlik limitlər təyin etmək kimi imkanlara malikdirlər. Tətbiqdə XalqKart kartı ilə qazanılmış bonus və keşbek məbləğlərinə nəzarət etmək, tərəfdaş şəbəkəsində keşbek təklifləri ilə tanış olmaq mümkündür.

Həmçinin XalqOnline istifadəçiləri QR kod vasitəsilə bir-birinə rahatlıqla pul göndərmək və ya qəbul etmək imkanından yararlana bilərlər. Bunun üçün müştəri tətbiqdə ödəniş qəbulu üçün QR kod yaradır və qarşı tərəfə göndərir, yaxud ona göndərilmiş QR kodu tətbiqdə oxudaraq vəsaiti hesabına yönləndirə bilir.

Əlavə olaraq, fiziki şəxslər tətbiqdə gücləndirilmiş imza tələb edən əməliyyatlar üçün “SİMA İmza”dan istifadə edə bilərlər. Rəqəmsal imza vasitəsilə ölkədaxili və ölkəxarici pul köçürmələri, konvertasiya əməliyyatlarını icra etmək, debet kart sifarişi və hesab açılması üçün banka müraciət edə bilərlər.

XalqOnline sistemi ən son şifrələmə texnologiyaları ilə istifadəçilərin məlumatlarını qoruyur. Tətbiqi yükləmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://qrco.de/XalqOnline

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri