Icma.az
close
up
RU
Xamenei hakimiyyətdən gedir?

Xamenei hakimiyyətdən gedir?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

ABŞ və Avropa İttifaqı (Aİ) diplomatları İranın gələcək liderliyinə namizədləri müzakirə edirlər. Bəs Ayətullah Xameneidən sonra hakimiyyətə kimlərin gəlmə ehtimalı var?

Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında Qərbdə qurulan planların bu dəfə reallaşmaya biləcəyini deyib:

“ABŞ-nin və Avropa Birliyinin İranda hakimiyyətin dəyişəcəyi ehtimalı üzərindən hansısa namizədləri müzakirə etməsi olduqca vaxtından əvvəl düşünülmüş addımdır. Birincisi, İranda hakimiyyətin mütləq şəkildə dəyişəcəyinə dair heç bir təminat yoxdur. Hazırkı siyasi rejimin nə qədər davam gətirəcəyi də hələlik bəlli deyil. Digər tərəfdən, əgər İranda hakimiyyət dəyişikliyi baş versə, bu, olduqca mürəkkəb və çətin bir situasiyanın yaranmasına səbəb ola bilər. Ölkədə daxili xaos, milli və etnik zəmində toqquşmalar başlaya bilər. Belə vəziyyətdə kənardan bir namizədi gətirib İranın yeni hakimiyyətinə yerləşdirmək asan məsələ deyil və hətta reallaşması qeyri-mümkün görünən bir ssenaridir”.

Politoloqun sözlərinə görə, əgər indiki hakimiyyət devrilərsə və ya müqavimət göstərə bilməzsə, İran uzun müddət siyasi proseslərə qapalı və xaotik bir ölkəyə çevrilə bilər:

“Belə xaos şəraitində nə ABŞ, nə Avropa Birliyi, nə də başqa bir xarici güc yeni hakimiyyətin təmsilçilərini müəyyənləşdirmək imkanına malik olmaya bilər. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda İranda xalq tərəfindən seçilmiş bir prezident mövcuddur və siyasi dəyişiklik baş versə belə, bu prezident və onun komandası idarəçilikdə əsas siyasi qüvvəyə çevrilə bilər. Ən optimal variant da məhz budur. Amma bu halda da rejimin çöküşü fonunda baş verə biləcək xaos və etnik toqquşmalar, prezident və onun komandası üçün ciddi çətinliklər yaradacaq”.

E.Xalidbəyli qeyd edib ki, ABŞ və Avropa Birliyinin İranda yeni hakimiyyəti formalaşdırmaq barədə apardığı müzakirələr həm vaxtsızdır, həm də absurddur:
“Heç bir xarici gücün başqa bir ölkədə yeni hakimiyyəti müəyyən etmək kimi hüququ olmamalıdır. Hər bir xalq öz siyasi taleyini özü müəyyən etməlidir. Bu, xalqların suveren hüququdur. Xaricdən bu prosesə kobud müdaxilə etmək nə faydalı ola bilər, nə də problemi həll edə bilər – əksinə, vəziyyəti daha da qəlizləşdirə bilər. Bu baxımdan, hazırda ABŞ və Avropa Birliyi diplomatları belə spekulyasiyalarla deyil, bölgəni dərin xaosa sürükləyə biləcək İran-İsrail müharibəsinin qarşısını almağın yolları üzərində düşünməlidirlər. Bu, həm İran, həm İsrail, həm Yaxın Şərqin digər ölkələri, həm də bütövlükdə dünya üçün daha faydalı olar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 İyun 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri