Icma.az
close
up
RU
Xamenei hara YOXA ÇIXIB?

Xamenei hara YOXA ÇIXIB?

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın ali lideri Ayətullah Əli Xamenei ilə bağlı müəmmalı susqunluq davam edir. Bu günlərdə onun irsinin qorunması və yayılması üzrə İdarənin yüksək vəzifəli nümayəndəsi Mehdi Fazəli dövlət televiziyası "Afek" kanalında çıxış edərək iranlıları "Rəhbərin səhhəti üçün dua etməyə" çağırıb. Lakin Fazəli Xameneinin sağlamlıq durumu ilə bağlı heç bir tibbi detallı məlumat təqdim etməyib.
Bu isə onun uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması fonunda şayiələri və ehtimalları daha da artırıb.
Xarici KİV-lərin məlumatına görə, son iki həftə ərzində Əli Xamenei ailəsi ilə birlikdə yeraltı bunkerdə gizlənir. Bu müddət ərzində yalnız əvvəlcədən lentə alınmış iki videomüraciət yayımlanıb. Xamenei şəxsən heç bir tədbirdə iştirak etməyib, o cümlədən Tehranda təşkil edilən qələbə tədbirlərində də görünməyib. Bu isə İran siyasi mədəniyyəti üçün son dərəcə qeyri-adi haldır.
Məlumatlara görə, hətta rejimin yüksək rütbəli nümayəndələri də Xamenei ilə üzbəüz görüşə bilməyiblər. Onun ictimai məkandan bu dərəcədə qəfil və müəmmalı şəkildə yoxa çıxması Rəhbərin sağlamlığı ilə bağlı ciddi şübhələr doğurur.
İranın mühacirətdə yayımlanan "Iran International" kanalının yaydığı xəbərə görə, Xamenei faktiki olaraq ölkədəki əsas qərarvermə proseslərindən kənarlaşdırılıb. Kanalın mənbələrinə görə, hərbi rəhbərlər Rəhbərə müharibənin real fəsadları haqqında məlumat vermirlər ki, onun artıq gərgin olan psixoloji vəziyyəti daha da pisləşməsin.
Xatırladaq ki, hələ 2023-cü ilin oktyabrında “The New York Times” qəzeti Xameneinin ciddi onkoloji xəstəlikdən əziyyət çəkdiyini yazmışdı. Lakin Tehran bu barədə heç vaxt rəsmi məlumat yaymayıb.
Mehdi Fazəlinin konkret detallar vermədən etdiyi açıqlama və Xameneinin uzunmüddətli yoxluğu Tehran daxilində və İran diasporunda narahatlığı daha da artırır. İndi əsas sual budur:
Rəhbər haradadır və vəziyyəti nə yerdədir?
/Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri