Icma.az
close
up
RU
Azərbaycanda şeir yazanlar YOXA ÇIXIB?

Azərbaycanda şeir yazanlar YOXA ÇIXIB?

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə texnologiyanın sürətli inkişafı poeziyaya da təsirsiz ötüşməyib. Əvvəllər şeir yazmaq və çap etdirmək ənənə hesab olunurdu, bu gün rəqəmsal platformalar və sosial şəbəkələr bu ənənəni sarsıdıb.

Bəziləri hesab edir ki, artıq şeir yazanların sayı azalıb, çünki oxucu marağı daha çox vizual və sürətli məzmuna yönəlib. Kitab mağazalarında poeziya bölmələri kiçilir, yeni şeir kitablarının nəşri isə əvvəlki illərlə müqayisədə xeyli azalıb.

Sosial mediada yayılan qısa, emosional şeirlər və sitatlar yeni bir "rəqəmsal poeziya" dalğasının formalaşdığını göstərir. Bəzi gənc yazarlar ənənəvi kitab yerinə “İntaqram şairi” olaraq tanınır. Bu isə poeziyanın formasının və yayılma üsullarının dəyişdiyini, lakin tamamilə yox olmadığını göstərir.

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza mövzu ilə bağlı Modern.az-a bildirib ki, müair dövrdə poeziyaya marağın artdığı danılmazdır.

"Hərçənd, bu sahədə dəqiq statistika aparılmasa da, şeir yazanların çoxluğu göz önündədir. Lakin sözün əsl mənasında yaxşı şeir müəllifləri, hər zaman olduğu kimi, barmaqla sayılacaq qədərdir. Çünki poeziya hər gün yazılan, sıradan bir yaradıcılıq nümunəsi deyil – o, təbii və ilahi hisslərin ifadəsidir", - o qeyd edib.

Xəyal Rza bildirib ki, poeziyada mövzu baxımından müxtəliflik müşahidə olunur. Son illərdə Vətən, Zəfər, Qarabağ, xüsusilə də Şuşa ilə bağlı çoxlu sayda poetik nümunələr qələmə alınıb. Amma sevgi şeiri poeziyada həmişə əsas mövzulardan biri olaraq qalır.

Müsahibimizin fikirlərinə görə, əsl poeziya nümunələrinin taleyi həmişə uğurlu olub. Bu cür əsərlər unudulmur, yaddaşlarda qalır, tez-tez xatırlanır. Lakin təbiilikdən uzaq, məntiqsiz və süni şəkildə quraşdırılmış şeirlər uzunömürlü olmur, zamanla qaranlığa qərq olur.

Xəyal Rza söyləyib ki, müasir dövrün “sürətli informasiya inkişafı” isə poeziya ilə heç bir bağlılıq daşımır. Bu texnoloji inkişaf bəzən ünsiyyəti çətinləşdirə, poeziya ilə təmas imkanlarını azalda bilər. Bununla belə, internet, elektron kitablar mütaliə vərdişlərini yeni formatda davam etdirməyə imkan yaradır. Məsələn, pandemiya dövründə təkcə Türkiyədə kitabların illik tirajı 145 milyona çatıb.

"Poeziyanın inkişafı təkcə yazmaqla deyil, həm də onu düzgün təqdim etməklə mümkündür. Qiraət sənətinin inkişafı da bu sahəyə töhfə verir. Poeziya sadəcə oxunmur, həm də dinlənilir, hiss olunur.

Yaradıcılıq isə həvəslə ölçüləcək bir sahə deyil. Həvəs ötəridir, amma yaradıcılıq dayanıqlı prosesdir. Gənc yazarların inkişafı üçün onlara real dəstək göstərilməlidir. Kitabların nəşri, tərcüməsi, xarici ölkələrdə tanıdılması və ən əsası, adekvat qonorar verilməsi vacibdir. Bu istiqamətdə dövlətin bir sıra təşəbbüsləri mövcuddur. Hər il 20 gəncə Prezident təqaüdünün ayrılması, xarici almanaxlarda yer almaları, Azərbaycan Yazıçılar Birliyi ilə “BP” Azərbaycanın kitab layihəsi çərçivəsində müəlliflərə 5 min manat qonorar verilməsi nümunə kimi göstərilə bilər.

Vurğulamaq lazımdır ki, süni intellekt çox şeyi əvəz edə bilər, lakin təbii hissləri, ilhamı və poeziyanın ruhunu heç vaxt tam olaraq yarada bilməz. Bəli, süni intellekt ideal görünüşlü insan obrazları yarada bilər, amma onların qəlbi heç vaxt ritmini dəyişməyəcək", - o qeyd edib.

Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri