Icma.az
close
up
RU
Xamenei: İcazə gözləyəsi deyilik

Xamenei: İcazə gözləyəsi deyilik

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri İranın ali dini lideri Əli Xamenei sələfi Ruhullah Xomeyni vəfatının ildönümü münasibətilə keçirilən mərasimdə dilə gətirib. O vurğulayıb ki, Tehran uranın zənginləşdirilməsindən əl çəkməyəcək.
"Bu məsələ İranın nüvə proqramının ən vacib məqamıdır. Müstəqil İran dövləti öz milli maraqlarını nəzərə alaraq, ABŞ-dən nüvə proqramının davamı üçün hər hansı "yaşıl işıq" gözləməyəcək", - Xamenei söyləyib.
İran mövqeyini yumşaldırmı?
Maraqlıdır ki, ali dini liderin qəti rədd mahiyyətli bəyanatından qabaq İran hökumətinin adı çəkilməyən ali vəzifəli nümayəndəsi "Axios" xəbər saytına müsahibəsində müsbət ifadələr dilə gətirmişdi. O diqqətə çatdırmışdı ki, ABŞ-nin irəli sürdüyü konsorsium təklifinə onun "yalnız İran ərazisində" açılacağı şərti ilə razılıq veriləcək.
Mayın 29-da "CNN" telekanalı danışıqlar prosesindən məlumatlı adı çəkilməyən mənbələrə istinadən bildirib ki, rəsmi Vaşinqton və Tehran nüvə proqramının məhdudlaşdırılması üzrə danışıqların növbəti mərhələsində müvəqqəti anlaşma sazişi imzalamağa hazırlaşır. Müvəqqəti sazişin imzalanması nəticəsində proses yeni mərhələyə qədəm qoyacaq, eyni zamanda, atılası konkret addımlar müəyyənləşəcək. Məlumatlı mənbələrin sözlərinə görə, saziş çərçivəsində Yaxın Şərq ölkələrinin beynəlxalq konsorsiumu, habelə Birləşmiş Millətlər Təşkilatının (BMT) nüvə proqramı nəzarət təşkilatı qurula bilər.
"İran məhz bu mümkün təşkilatların nəzarəti altında uranı zənginləşdirə biləcək. Hərçənd hesabatda belə bir addım barədə qəti razılıq hələlik yoxdur. Eyni zamanda, danışıqlar yalnız Tehranın nüvə proqramını əhatələyir. Sazişə bu ölkənin ballistik raket proqramı və başqa məsələlər haqqında maddə salınması gözlənilmir", - "CNN" diqqətə çatdırır.
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri