Icma.az
close
up
RU
Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Arakçı ölkəsinin ali dini lideri Əli Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etmək üçün Moskvaya gedib. Məktubun mətni açıqlanmasa da, aydındır ki, Əli Xamenei Putindən İrana dəstəyin artırılmasını istəyib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Tehranın Moskvadan bir neçə gözləntisi var. Birincisi, Tehran Rusiyanın beynəlxalq təşkilarlarda ABŞ və İsrailə qarşı təzyiqi artıracağına ümid edir. İkincisi, Tehran yanvarda iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq çərçivəsində Rusiyanın İrana hərbi dəstəyini artırmasını istəyir.

Tehranın Rusiyadan olan gözləntilərinin reallaşması problematikdir. Əlbəttə, Rusiya Çinlə birlikdə BMT-də ABŞ və İsrailin İrana qarşı hücumlarını dayandırmaq üçün müxtəlif təşəbbüslər irəli sürəcək. Ancaq Kreml bundan artığını İran üçün etməyəcək. BMT-nin İrana qarşı hərbi əməliyyatı qınayan mümkün qətnamələri İsraili və ABŞ-ı dayandıran deyil. Rusiya ABŞ və İsraillə savaşmaq üçün İrana raketlər və digər hərbi texnika verməyəcək. Çünki birincisi, ABŞ və İsrail həmin texnikanı İrana çatdırılma yolunda vuracaq. Digər tərəfdən Vladimir Putin amerikalı həmkarı Donlad Trampla Ukrayna mövzusunda dialoq içindədir. Putin Trampın mövqeyindən məmnundur. Ona görə də Kreml sahibi İrana görə Trampla münasibətləri korlamayacaq.

Bu arada, əsas müzakirə mövzularından biri İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağıdır. Tehran boğazı bağlayarsa, bundan ilk növbədə İran zərər görəcək. Çünki İran iqtisadiyyatı enerji daşıyıcılarının satışı üzərində qurulub, bu ölkə neftinin əksər hissəsini məhz Hörmüz boğazı üzərindən müxtəlif ölkələrə satır. İran Hörmüz boğazını qapadarsa, gülləni öz ayağına vuracaq.

İran neftinin əsas alıcısı olan Çin də Hörmüz boğazının qapadılmasının əleyhinədir. Təsadüfi deyil ki, Çin və İran xarici işlər nazirləri Van Yi və Abbaz Arakçı telefon danışığında Hörmüz boğazıyla bağlı mövzunu müzakirə ediblər. Hörmüz boğazının Çin üçün həyati əhəmiyyətli olduğunu Vaşinqton da anlayır. ABŞ Dövlət katibi Marko Rubio Pekinə müraciət edərək, Hörmüz boğazıyla bağlı Çinin İrana təsir etməsini istəyib. Pekin Hörmüz boğazının bağlanması ehtimalını hesablamaq məcburiyyətindədir. Bu halda Çin İran və Körfəz ölkələrinin neftini başqa ölkələrin nefti ilə əvəz etmək məcburiyyətində qalacaq. Bunu isə qısa müddətdə reallaşdırmaq asan olmayacaq.

Vaşinqton Hörmüz boğazının bağlanmasının böyük qarşıdurmaya səbəb olacağıyla bağlı Tehrana birbaşa mesaj da göndərib. AB-dən də oxşar açıqlama yayımlanıb. Həqiqətən Hörmüz boğazının bağlanması bir çox dövlətin maraqlarına toxunacaq. Bu isə İrana qarşı ABŞ-İsrail ittifaqına başqa dövlətlərin qoşulmasına şərait yaradacaq”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri