Xameneinin məktubunu Putinə çatdırmaq üçün Rusiyaya getdi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiyanın yüksək rütbəli rəsmiləri ilə danışıqlar və məsləhətləşmələr aparmaq, eləcə də ali dini lider Ayətullah Əli Xameneinin Rusiya prezidenti Vladimir Putinə yazılı müraciətini çatdırmaq üçün Moskvaya gedib.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
İran İslam Respublikasının xarici işlər nazirinin Rusiyaya əvvəlcədən planlaşdırılan səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti və iki ölkə arasında strateji tərəfdaşlar kimi davam edən məsləhətləşmələr çərçivəsində baş tutur.
Səfər zamanı Əraqçi Rusiyanın yüksək rütbəli rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq hadisələr, eləcə də ABŞ ilə son dolayı danışıqları müzakirə etməyi və fikir mübadiləsi aparmağı planlaşdırır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















