Icma.az
close
up
RU
“Xan qızı” Natəvanın doğum günüdür

“Xan qızı” Natəvanın doğum günüdür

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Bugün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan (15.08.1832 – 01.10.1897) Şuşada dоğulub.

Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yekta” ("Tək inci”), el arasında isə "Xan qızı” çağırıblar.

Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, "Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. O, zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.

Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb.

Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini "Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.

Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri "Gül dəftəri” (1886) adı ilə ün qazanıb.

Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub.


Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri