Icma.az
close
up
RU
Xan Şuşinskinin ata evi

Xan Şuşinskinin ata evi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ballıcadakı bu mülkü də erməni vandalları bərbad hala salıblar

Bir müddət əvvəl Azərbaycan mətbuatında ermənilərin mədəni irsimizə qarşı törətdikləri daha bir vandallıq aktı ilə bağlı xəbərlər yayıldı. Məlumatda Xocalı sakini, 75 yaşlı Kərim Əkbərov mənfur düşmən tərəfindən rayonun Ballıca kəndində 150 ildən çox yaşı olan tarixi binanın görkəminin məqsədli şəkildə dəyişdirildiyini, dağıdıldığını iddia edirdi. Maraq doğuran isə odur ki, bu evin Azərbaycanın Xalq artisti, məşhur xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir – M.R.) ata mülkü olduğu bildirilirdi. Yeri gəlmişkən, Aslan ağanın İsfəndiyardan başqa Allahyar adlı oğlu, Rüxsarə adlı qızı da olub. Tanınmış tarzən Allahyar Cavanşirov uzun illər qardaşı Xan Şuşinskini müşayiət edib.

Bəs bina ilə bağlı deyilənlər, yazılanlar nə dərəcədə reallığı əks etdirir? Çoxsaylı faktların mövcudluğu səbəbindən ermənilərin tarixi irs nümunələrimizə qarşı düşmən münasibəti şübhə doğurmasa da, “Xalq qəzeti”nin Qarabağ bürosu olaraq məsələni daha dərindən araşdırmaq, yoxlamaq qərarına gəldik. Bu məqsədlə də ilk olaraq K.Əkbərovla görüşüb, birlikdə Ballıca kəndindəki tarixi binaya yollandıq. İki mərtəbəli, ona qədər otağı olan ev kəndin ən gözəl yerlərindən birində yerləşir, eyvanı və pəncərələri Ballıca çayına və qarşıdakı ecazkar təbiət mənzərəsinə açılır. Elə ilk vizual tanışlıqdan aydın olur ki, binanın ilkin görkəmi dəyişdirilib, fasad hissəsində əlavə tikinti aparılıb. Bu tikinti Şərq-müsəlman üslubuna uyğun əvvəlki fasadı görünməz edib. Evin vaxtilə geniş olan həyəti də kiçilib, burada yardımçı tikililər inşa edilib. Bir sözlə, bina məqsədli şəkildə “düşmən mühasirəsinə” alınıb.

Kərim kişi bizimlə söhbətində bildirdi ki, 1958-ci ildə bu evdə birinci sinfə gedib:

– Müəllimimiz Məşədi adında azərbaycanlı idi. Xocalıda yaşayırdı, oradan gəlib-gedirdi. Bizə dəfələrlə bu evin Xan əminin atasının olduğunu deyib. O vaxt evin eyvanı yox idi, yanında da heç bir tikili olmayıb. Ermənilər evin giriş qapısının üstünə erməni dilində yazılmış daş lövhə əlavə etmişdilər ki, guya bu tarixi bina onlara aiddir. Ermənilər bu üsulla binanın tarixini saxtalaşdırmaq istəyiblər. Evi o vaxt şuşalı sənətkarlar tikib. Çünki mən gənc vaxtlarımda Xan Şuşinskinin Şuşadakı ata mülkünü görəndə heyrətə gəlmişdim ki, necə də Ballıcadakı evlə eyni quruluşdadır.

K.Əkbərov onu da əlavə etdi ki, atasından eşitdiyinə görə, Aslan ağa tez-tez ailəsi ilə Ballıcadakı mülkünə gələrək burada yaşayır, balaca İsfəndiyar da böyük bağlarında oynayarmış:

– Sovet hökuməti qurulduqdan sonra həmin bina ailənin əlindən alınıb, məktəb kimi fəaliyyət göstərib. Burada azərbaycanlılarla yanaşı, ətraf kəndlərdə yaşayan erməni uşaqlar da təhsil alırdı. Sonradan yeni məktəb binası tikilib və evə Cümşüd Nəsibyan adlı erməni köçürülüb. Onun övladları da tarixi binanı erməniləşdirmək üçün “nə lazımdırsa” ediblər. İşğal vaxtı isə ermənilər evin xarici görünüşünü tamamilə dəyişdiriblər, həyətyanı torpaq sahəsində əlavə tikililər inşa olunub...

Mövzu ilə bağlı Xocalının daha bir ağsaqqalı, rayonun Cəmilli kənd sakini, 1935-ci il təvəllüdlü Aydın Fərhadovla əlaqə saxladıq. Onun K.Əkbərovdan da əvvəl Ballıcada oxuduğunu öyrəndiyimiz üçün fakta münasibət bildirməsini xahiş etdik. 90 yaşlı Aydın baba vaxtilə nəinki azərbaycanlıların, hətta ermənilərin də sözügedən binanı “Xan evi” adlandırdıqlarını dedi:

– Mən 1944-cü ildə həmin evdə yerləşən məktəbdə 1-ci sinfə getmişəm. Müəllimimiz erməni idi. Bizə deyirdi ki, bu ev vaxtilə xanın evi olub, ölkəmiz “xan-bəy zülmündən azad ediləndən sonra onların əlindən alınıb zəhmətkeşlərin istifadəsinə verilib”.

Ustad sənətkarımızın qızı, “Xan Şuşinski” fondunun rəhbəri Bəyimxanım Cavanşirova-Verdiyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan əvvəl Ballıca kəndinin onun babasına məxsus olması ilə bağlı arxiv sənədləri mövcuddur. Həqiqətən də həmin kənddə baba mülkləri olub, atası isə müəyyən dövrlərdə orada yaşayıb.

Qeyd edək ki, 2019-cu ildə görkəmli sənətkarın ölümünün 40-cı ildönümü ərəfəsində oğlu və tədqiqatçısı Aslan Cavanşirovun “Xan Şuşinski: İsfəndiyar Aslan ağa oğlu Cavanşir” adlı məqaləsində də mövzuya toxunulub. Məqalənin həmin hissəsini təqdim edirik:

“İsfəndiyar Aslan oğlu Cavanşir, 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızıdır. Şuşa ətrafındakı Xoca (hazırkı Xocalı – M.R.), Ballıca və Korocaq kəndləri Aslan ağanın atası Mahmud bəyə məxsus olmuşdur. Aslan ağanın Şuşa qalasında, Bazarbaşı deyilən yerdə evləri olmaqla yanaşı, Xan bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları olmuşdur”.

“Xan əminin evi” ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsi ilə də əlaqə saxladıq. Bildirdilər ki, qurumun Xocalı rayonu üzrə baş mütəxəssisi Pərviz Həbibi tərəfindən sözügedən evə baxış keçirilib, ev yeni aşkarlanmış tarixi abidə kimi qeydiyyata götürülüb.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri