Xanazaxda atışma: ermənilərin “müharibə başlayıb” iddiası Rusiya KİV
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Xanazax kəndində atəş səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” ərazidəki sakinlərə istinadən məlumat yayıb.
Nəşr yazır ki, kənddə baş vermiş sıradan atışma Ermənistanda yeni müharibənin başlaması kimi dəyərləndirilib və isterik çıxışlara səbəb olub:
“Kənd sakinləri bir saat ərzində fasiləsiz atəş səsləri eşitdiklərini bildiriblər. Xanazax kəndi Azərbaycanla sərhəddən 500 metr məsafədə yerləşir. Adının açıqlanmasını istəməyən kənd sakinlərindən biri vəziyyəti belə ifadə edib: “Sanki müharibə başlayıb”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri son günlər mövqelərimizi tez-tez atəşə tutur. Azərbaycan Ordusu zərurət yarandığı təqdirdə adekvat cavab tədbirləri görür.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















