Xanbala Daşdının ölümünün təfərrüatı məlum oldu Bu şəxslərə borcu var imiş
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Türkiyənin İstanbul şəhərində meyiti tapılan “Şahdağ Quba” futbol klubunun prezidenti Xanbaba Daşdının ölümünün təfərrüatları məlum olub.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü X.Daşdı Azərbaycanda işləri alınmayandan sonra Türkiyəyə gedib.
Son 3 ildə bu ölkədə yaşayıb və futbol meneceri kimi fəaliyyət göstərib. Lakin burada da çətinliklərlə üzləşib.
Digər məlumata görə, onun Azərbaycanda müxtəlif şəxslərə böyük miqdarda borcu var. O, həm ayrı-ayrı şəxslərə, həm də şirkətlərə borclu olub. X.Daşdının Vətənə gələ bilməməyinin səbəbi də bu borclardır.
Qardaşı Təbriz Daşdı açıqlamasında deyib ki, Xanbabanın intiharı onlar üçün gözlənilməz olub. “Onun belə bir hərəkət edəcəyinə inanmazdıq”.
Təbriz Daşdı bildirib ki, qardaşının meyitini Azərbaycana gətirmək istəyirlər, amma buna maddi imkanları yoxdur: “Bununla bağlı müvaffiq dövlət qurumlarından yardım istəyirik”.
Qeyd edək ki, Xanbabanın ailəsi Qubanın Bağbanlı kəndində yaşayır. Üç qardaşı və bir bacısı var. Xanbaba həm də ikinci qrup əlildir. O, subaydır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 27 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















