Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Röyanın stilistinin ölümünün təfərrüatı bəlli oldu FOTO

Röyanın stilistinin ölümünün təfərrüatı bəlli oldu FOTO

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olur. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub.
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.

Metbuat.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov "İnstagram" sosial şəbəkəsində, profilində qadın bədəninin şəkili olan və özünü "Mila" kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Seyidov tərəfindən aldadıldığını başa düşüb. Üstünə gəlib, qucaqlamaq istəyən Orxanın israrla pul müqabilində, qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini şəxsiyyətinə təhqir kimi qəbul edib. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boyununa və bədənin digər nahiyyələrinə ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:

"2022-ci il martın 10-da "İnstagram" şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının "Mila" olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində "İnstagram"da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs "Marlboro" siqareti çəkirdi. Ondan "sən kişisən ya qadın?" soruşdum. Cavab olaraq o, "narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan" dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq".

Pərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan "kəpənək" formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:

"Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarınına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzü üstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqalı bir oğlan orda "neynədiyimi?" soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.

Taksi ilə Mehdiabad qəsəbəsinə getdim. Sürücü paltarlarımın qana bulaşdığını deyəndə, ona dalaşdığımı dedim. Maşından düşəndə 100 manat verdim, amma əskinaz qanlı olduğundan, sürücü götürmək istəmədi. Mübahisə etməyə halım olmadığından pulu oturacağın üzərinə qoyub aralandım. Evdə atam nə baş verdiyini soruşanda, ona da dalaşdığımı söylədim. Sol qolumda olan qol saatının düşüb mərhumun evində qaldığını gördüm. Tutulmaq istəmədiyimdən, izi itirməkdən ötrü mobil telefonumu tam format edib bütün kontaktları, sosial şəbəkələri və mesajları sildim. Həmçinin, öldürdüyüm şəxsin istifadəsində olmuş "İphone 13" markalı telefonunda, aramızda olan mesajları silmək istədim ki, məni polislər tapa bilməsin. Lakin telefon kodda olduğundan onu hadisə yerində aça bilmədim. Bunu sonra etmək məqsədi ilə telefonu özümlə götürdüm. Amma taksidən düşüb evə gələrkən yolun kənarında daşla vurub telefonu sındırdım və quyuya atdım. Növbəti gün atam israrla nə baş verdiyini soruşanda, hər şeyi olduğu kimi danışdım. Sonra atamla birlikdə könüllü Xətai rayon Polis İdarəsinə getdik".

Pərviz Həsənov əlavə edib ki, Orxan Seyidovu əvvəllər tanımayıb, törətdiyi əməldən peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamila Salmanova ifadəsində göstərib ki, Orxan Seyidov onun ögey qardaşı olub:

"Orxan geyim mağazasında satış meneceri işləyirdi. Martın 12-də səhər işə getdim. Onda heç bir qeyri-adilik və ya narahatlıq hiss etmədim. Axşam saat 23 radələrində yaşadığımız köhnə məhəllədən Almas adlı qonşumuz mənə zəng vurub evdən səs-küy gəldiyini, çox güman ki, içəri oğru girdiyini söylədi. Orxana zəng etsəm də, qardaşım cavab vermədi. "Whatsapp" tətbiqində "təcili mənə zəng elə" yazsam da, Orxanın şəbəkədə olmadığını gördüm. Mən, anam və Seymur adlı tanışımız ayrı- ayrılıqda NZS qəsəbəsinə getdik. İçəri daxil olanda Orxanın qapının qarşısında, qan içində üzü üstə yerdə uzandığını gördük. Polisə və təcili yardıma zəng edib məlumat verdik".

Şahid Vüqar Məmmədzadə ifadəsində göstərib ki, axşam yaşadığı məhəlləyə qayıdanda çoxlu sayda insanların toplaşdığını görüb:

"Maraqlandıqda öyrəndim ki, qonşuluqda yaşayan Orxan Seyidov öldürülüb. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə oxşayırdı. Ona görə də onunla heç salamlaşmırdı. Amma onu sakit bir insan kimi tanıyırdım, heç kimlə söz-söhbəti və mübahisəsi, pis vərdişləri yox idi".

Şahid Sənan Abbasov ifadəsində göstərib ki, özünə məxsus "Opel Astra" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

"Martın 12-i saat 23 radələrində NZS qəsəbəsində maşınıma əyləşən şəxs əvvəl "Baksol" yoluna, sonra isə Novxanı qəsəbəsi istiqamətində sürməyimi bildirdi. Dediyi yerdə avtomobili saxlayanda oğlan mənə 100 manat pul verdi ki, qalıq məbləği ona qaytarım. Amma mənə xırda əskinazlar olmadığından həmin şəxs pul vermədən çıxıb getdi".
Məhkəmə iclasında Pərviz Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Pərviz Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Fevral 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri