Xandanyan: “Ermənistan Türkiyə münasibətlərinin normallaşmasında sürətli irəliləyiş olacaq”
Icma.az bildirir, Ayna portalına istinadən.
“Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub”
Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri və Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü Sarqis Xandanyan Türkiyə ilə münasibətlərin normallaşmasında yaxın zamanda irəliləyiş əldə olunacağını açıqlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, o bu açıqlamanı ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında verib.
"Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyimi ifadə etməmək mümkün deyil", Xandanyan qeyd edib.
Onun sözlərinə görə, "hazırda davam edən konstruktiv və aktiv siyasi dialoq tezliklə münasibətlərimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcəyinə ümid verir".
Xandanyan həmçinin bildirib ki, Ermənistanla Azərbaycan arasında artıq sülh bərqərar olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















