Xanımınla kluba getməyəcəksənsə, onu niyə almısan?
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi Azərbaycanda bəylərin həyat yoldaşları ilə rahat istirahət edə bilmədiklərini deyib:
"Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər. Rahat sevgi dolu həyat yaşaya bilmirlər ki, kənardan nə deyərlər? Qaynım, qardaşım görsə ki, xanımımla kluba gəlmişəm, nə deyərlər?", - deyə düşünürlər. Get də. Əgər xanımınla kluba, restorana gedib, gözəl emosiyalar yaşamayacaqsansa, onu niyə almısan? Alıb evə atmağa, servanta qoymağa? Onda evlənmə, get sevgilinlə rahat həyatını yaşa. Xanımının qarşısında da öhdəlikləri var axı... Könlü başqasını sevib, başqa qadını həyat yoldaşı edirlər. Düşünürəm ki, bir nəsil sonra, bu stereotipi qıracağıq. O vaxta da biz qocalacağıq. Eybi yox, əsas odur cəmiyyətimiz formalaşsın".
Milli.Az
Baxış sayı:142
Bu xəbər 22 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















