Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Xanımlaşan məktəblər: Kişiləri təhsilə necə qaytarmalı?

Xanımlaşan məktəblər: Kişiləri təhsilə necə qaytarmalı?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son illər ölkədə müəllimlərin sayında azalma müşahidə edilir.

2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib.

Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb.

Beləliklə, son üç tədris ili ərzində həm qadın, həm də kişi müəllimlərin sayında azalma baş verir.

Qeyd edək ki, Sovet dövründə orta məktəblərdə kişi müəllimlərin sayı çoxluq təşkil edirdi. Ancaq bu rejim dağıldıqdan sonra bazar iqtisadiyyatına keçidlə bağlı məktəblərdə kişi müəllimlərin sayında kəskin azalma müşahidə edildi.

Kişi müəllimlər isə bunu əsasən əməkhaqqının azlığı ilə əlaqələndirirlər. Psixoloqlar isə məktəbdə balansın bu cür pozulmasının, kişi müəllimlərinin azlığının oğlan şagirdlərə öz mənfi təsirini göstərdiyini deyirlər.

Kişi müəllimləri yenidən məktəblərə cəlb etmək üçün hansı imkanlar, proqramlar yaradıla bilər? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan təhsil sistemində kişi müəllimlərin sayının azalması artıq sadəcə statistik fakt deyil, həm də təhsilin gələcəyi üçün ciddi təhlükədir:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022–2023-cü illərdə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2024–2025-ci ildə bu rəqəm 25 748-ə düşüb. Bu isə ümumi 150 min müəllim arasında cəmi 17 faiz deməkdir. 

Başqa sözlə, hər 6 müəllimdən yalnız 1-i kişidir. Belə bir vəziyyət məktəbdə gender balansını pozur, sosial-psixoloji mühiti birtərəfli edir və gənc nəslin formalaşmasına mənfi təsir göstərir.

Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu sahədə real proqram hazırlamır, yalnız formal hesabatlarla kifayətlənir. Nazirliyin nə imtiyaz siyasəti var, nə də bu azalma tendensiyasını dayandıracaq proqnozları”.

Onun sözlərinə görə, məktəblərdə kişi müəllimlərin azlığı oğlan şagirdlər üçün rol model problemini də doğurur:

“Araşdırmalar göstərir ki, kişi müəllimlərin çox olduğu məktəblərdə intizam daha güclü olur, sosial davranış qaydaları daha effektiv ötürülür. Xüsusilə yeniyetmə dövründə oğlanların müəllimdən nümunə götürməsi onların gələcək sosial davranışına təsir edir. 

Əgər məktəbdə kişi müəllimlərin sayı azalırsa, bu, ailə və cəmiyyət təsirlərinin də zəifləməsi deməkdir. Qadın müəllimlərin çoxluğu isə təhsil prosesini təkcə bilik ötürülməsinə çevirir, tərbiyəvi və sosial funksiya zəifləyir.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, təhsil dövlətin əsas prioritetlərindən biridir və müəllimlərin sosial müdafiəsi dövlət təminatı ilə qorunur. Lakin faktiki olaraq bu norma işlək deyil.

Müəllimlərin maaşı nominal olaraq artsa da, real həyat şəraitini təmin etmir. 2024-cü ildən müəllimlərin orta aylıq maaşı 800–900 manat arasında dəyişir, amma kişi müəllimlər üçün bu məbləğ ailəni saxlamaq baxımından qənaətbəxş deyil. 

Ona görə də onlar daha çox gəlirli sahələrə – biznesə, xidmət sektoruna, dövlət qulluğuna yönəlirlər. Elm və Təhsil Nazirliyi isə bu prosesin qarşısını almaq üçün heç bir əlavə təşviq mexanizmi tətbiq etmir”.

O qeyd edir ki, dünya təcrübəsinə görə, kişi müəllimlərin məktəbdə saxlanması üçün xüsusi proqramlar hazırlanır:

“Məsələn, ABŞ-da “Teach for America” layihəsi vasitəsilə müəllimlərə əlavə maaş və karyera imkanları yaradılır, kişilərin məktəbdə qalmasına şərait formalaşdırılır.

İngiltərədə kişi müəllimlərin sayını artırmaq üçün vergi güzəştləri, subsidiyalı kurslar tətbiq olunur. Türkiyədə isə ucqar bölgələrdə çalışan müəllimlərə əlavə əməkhaqqı və sosial təminatlar verilir.

Bu mexanizmlər göstərir ki, kişi müəllimlərin təhsildə qalması təsadüfən yox, dövlətin hədəfli siyasəti ilə mümkündür. Azərbaycanda isə bu sahədə heç bir proqram yoxdur, nazirlik sadəcə “ümumi maaş artımı” ilə kifayətlənir.

Müsbət tərəf kimi hazırda müəyyən sosial güzəştləri qeyd etmək olar. Ucqar kəndlərdə işləyən müəllimlər üçün 30 faiz əlavə ödəniş var, amma bu, cins fərqi nəzərə alınmadan tətbiq olunur və real nəticə vermir. Mənfi tərəf isə odur ki, kişi müəllimlər üçün heç bir xüsusi təşviq yoxdur.

Əksinə, onlar məktəbi tərk etdikcə gender balansı daha da pozulur. Əgər belə davam edərsə, 5–10 ildən sonra kişi müəllimlərin sayı 20 minin altına düşə bilər. Bu isə məktəbləri faktiki olaraq yalnız qadınların çalışdığı məkana çevirəcək”.

Ekspertin fikrincə, əgər bu tendensiyanın qarşısı alınmasa, dəyişəcək yeganə şey məktəblərin daha da zəifləməsi olacaq: 

“Amma dəyişməli olan odur ki, dövlət kişi müəllimlərin təhsildə saxlanması üçün xüsusi proqram hazırlasın. Bu proqramda maaş əlavələri, mənzil güzəştləri, vergi imtiyazları, karyera inkişafı imkanları və ictimai kampaniyalar yer almalıdır.

Müəllimlik peşəsi kişi üçün həm nüfuzlu, həm də gəlirli peşəyə çevrilməlidir. Yalnız bu halda kişi müəllimlərin sayı sabitləşə bilər. Elm və Təhsil Nazirliyini ən çox tənqid edən məqam da budur ki, bu istiqamətdə nə planı, nə də ictimai maarifləndirmə fəaliyyəti var. Nazirlik heç vaxt ictimaiyyət qarşısında çıxıb açıqlamayıb ki, kişi müəllimlərin sayının azalması hansı fəsadlara gətirib çıxara bilər.

Heç vaxt proqnoz verməyib ki, 5 ildən sonra bu tendensiya davam etsə, məktəblərdə hansı sosial boşluqlar yaranacaq. Nazirlik sadəcə statistikanı paylaşır, amma problemin həlli üçün heç bir strategiya ortaya qoymur. Bu isə məsələni daha da təhlükəli edir, çünki problem etiraf olunur, amma həll olunmur.

Buna görə də əsas nəticə budur ki, kişi müəllimlərin sayının azalması probleminə yalnız maaş artımı ilə deyil, dövlətin kompleks siyasəti ilə yanaşmaq lazımdır. Əgər bu addım atılmazsa, təhsildə keyfiyyətin yüksəlməsi mümkünsüz olacaq. Kişi müəllimlərin məktəbə qayıdışı üçün real imtiyazlar və proqramlar hazırlanmadıqca, cəmiyyət də, dövlət də gələcəkdə daha ciddi böhranla üzləşəcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

 

Açar sözlər: məktəblər kişilər təhsil Kamran Əsədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri