Icma.az
close
up
RU
Xankəndi, Ağdərə və Xocalıda bu qədər əhali məskunlaşıb

Xankəndi, Ağdərə və Xocalıda bu qədər əhali məskunlaşıb

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 20-də Xankəndi şəhərində Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, forumda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizin son illərdə keçdiyi mühüm tarixi mərhələlərdən, dövlətimizin əldə etdiyi uğurlardan və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edib.

Elçin Yusubov qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə aparılmış 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycan öz konstitusiya quruluşunu tam bərpa edib, suveren hüquqlarını ölkənin bütün ərazisində təmin edib.

Onun sözlərinə görə, bu, təkcə hərbi və siyasi qələbə deyil, həm də ədalətin, qanunun və Konstitusiyanın prinsiplərinin bərpasıdır.

O bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir:

“Dayanıqlı məskunlaşma, “yaşıl enerji” zonalarının yaradılması, mədəni irsin qorunması və yeni iş yerlərinin açılması, Konstitusiyanın əsas prinsipləri olan insan rifahı, sosial ədalət və inkişafın real təcəssümüdür".

Elçin Yusubov qeyd edib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir:

“Artıq 1040 ailə, 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub”.

Qeyd olunub ki, bölgədə təhsil, səhiyyə və sosial infrastruktur sürətlə bərpa olunur. Qarabağ Universitetinin, müasir klinikanın, məktəb və uşaq bağçalarının fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir.

Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.

Elçin Yusubov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət kəsb edir:

“QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər. Qeyri-hökumət təşkilatları işğal dövründə və ondan sonrakı illərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, dezinformasiya kampaniyalarına qarşı mübarizədə, insan hüquqları və mədəni irsin qorunması istiqamətində böyük rol oynayıb. Bu gün isə onların qarşısında yeni və strateji vəzifə durur, azad edilmiş ərazilərin reinteqrasiyasında, sosial adaptasiya və bərpa proseslərində fəal iştirak etmək”.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri