“Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Binə qəsəbə stadionunda futbol üzrə ölkə çempionatının 2-ci liqasında mövsümü ilk üç pillədə bitirən komandalar mükafatlandırılıb. 3-cü yeri tutan “Quba”ya bürünc, 2-ci yeri tutan “Qaradağ Lökbatan”a gümüş medallar təqdim olunub.
Çempion “Xankəndi”yə isə həm qızıl medallar, həm də çempionluq kuboku təqdim edilib. Region Liqasının ardından 2-ci liqanın da çempionu olan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim edib. Ardınca “Xankəndi” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
Mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olundu. “Xankəndi”nin hücumçusu Bəhruz Teymurov 27 qolla mövsümün ən sərrast futbolçusu sayılıb. Ona mükafatı PFL-in prezidenti Elxan Səmədov təqdim edib.
Baxış sayı:125
Bu xəbər 24 May 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















