Icma.az
close
up
RU
Xankəndi Zəfər libası geyinib

Xankəndi Zəfər libası geyinib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Doğma şəhərə qayıdan əhalinin məşğulluğu da diqqətdə saxlanılır

Gündən-günə abadlaşan, gözəlləşən azad Xankəndinin əhalisi sürətlə artmaqdadır. Hazırda bu qədim şəhərimizdə yaşayanların sayı 28 mini ötüb. Onlar arasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində mərhələli şəkildə ata-baba yurdlarına qayıdan ailələrlə yanaşı, dövlət və özəl sektorda çalışan insanlar, Qarabağ Universitinin əməkdaşları və tələbələri də var.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə qeyd edib ki, Xankəndi şəhərinin və Kərkicahan qəsəbəsi sakinlərinin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə davam edir. Bu isə daimi məskunlaşdırılan keçmiş məcburi köçkünlərin sayının yaxın gələcəkdə daha da artacağı deməkdir.

Şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verən xüsusi nümayəndə hazırda Kərkicahan qəsəbəsində yaşayış evlərinin bərpası ilə yanaşı, şəhərdaxili yeni yolların salındığını, binaların yenidən qurulduğunu, müasir infrastrukturun yaradıldığını da diqqətə çatdırıb. Bildirilib ki, Xankəndidə görülən bütün işlər şəhərin Baş Planına uyğun həyata keçirilir, ümumi memarlıq görünüşünə uyğun olmayan tikililər sökülür, onların yerində müasir tələblərə cavab verən binalar və obyektlər inşa olunur.

Həyata keçirilən irimiqyaslı layihələr nəticəsində Xankəndinin infrastrukturu da yenilənir, yeni yaşayış və ictimai məkanlar yaradılır, sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hərtərəfli şərait formalaşdırılır. Bir sözlə, insan əməyi, yurd sevgisi sayəsində daha da gözəlləşən Xankəndi müasir görkəminə qovuşur və yeni inkişaf mərhələsinə qədəm qoyur.

İllər sonra Vətən həsrəti sona çatmış, daimi yaşamaq üçün Qarabağa qayıtmış sakinlərin işlə təminatı, onların sosial-məişət qayğılarının həlli də diqqətdədir. Bu məqsədlə hərtərəfli tədbirlər görülür, mütəmadi əmək yarmarkaları keçirilir. Sentyabrın 11-də Xankəndidə keçirilən növbəti belə yarmarka da əhalinin məşğulluq məsələlərinin həllinə öz töhfəsini verdi. Həm işəgötürənlərin və təklif edilən iş yerlərinin, həm də vakansiyalarla maraqlananların çoxluğu tədbiri əmək bayramına çevirmişdi. İştirakçılardan təəssüratlarını öyrəndik. Xocalı şəhərində fəaliyyət göstərən “Qarabağ tekstil” tikiş fabrikinin təsisçisi və direktoru Rizvan Təhməzov stendlərinə marağın çox olduğunu dedi:

– Çoxlu sayda müraciət edən var. Müəssisəmizin fəaliyyətini genişləndiririk. Bu gün 50-ə yaxın iş yerini yarmarkaya çıxarmışıq. Gələcəkdə iş yerlərinin sayını daha da artırmağı nəzərdə tuturuq. Mən Qarabağa öz vətəndaşlıq borcumu ödəmək üçün gəlmişəm. Zəfər savaşında iştirak etməyə mənə növbə çatmadı, əvəzində işğaldan azad edilmiş ərazilərimizdə bugünkü bərpa-quruculuq “savaş”ının iştirakçısı olduğum üçün qürurluyam.

“Azerbaijan International Mining Company”nin əməkdaşı Merac Baharov təmsil etdiyi şirkətin yarmarkaya Ağdərə bölgəsi üçün 8 vakansiya ilə qatıldığını bildirdi. Əsasən keçmiş məcburi köçkünlərin namizədliklərinə üstünlük veriləcəyini deyən M.Baharov artıq müraciət edənlərdən 3-nün onların tələblərinə uyğun olduğunu və yəqin işə götürüləcəyini dedi.

Sevindiricidir ki, yarmarkada münasib iş axtaranlar arasında yerli sakinlərlə yanaşı, respublikamızın bölgələrindən gələn insanlar da vardı. Azad Qarabağda işləmək arzusu ilə Mingəçevirdən Xankəndiyə gəlmiş ixtisasca ekoloq olan Nərmin Cəfərova bildirdi ki, Vətənimizin hər qarışı əziz və müqəddəsdir, ancaq işğaldan azad edilmiş ərazilərdə çalışmaq, bu yerlərdə yaşamaq başqa bir hissdir. Artıq münasib iş yeri tapmışam, elə indi müraciət edəcəm. İnşallah, müsbət cavab alaram.

Xocalı rayonunun Xanyurdu kəndinin sakini Elxan Zamanov da ixtisasına və maraq dairəsinə uyğun vakansiyaya müraciət etdiyini bildirdi, onlar üçün bu şəraiti yaradanlara minnətdarlığını çatdırdı:

– Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevi qorusun! Doğma yurd-yuvamıza qayıtmışıq, rahat, hər şəraiti olan təmirli evlərlə təmin edilmişik. Üstəlik, iş tapmağımıza da köməklik göstərirlər. Bundan böyük xoşbəxtlik ola bilməz!

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin dünən Xankəndidə təşkil etdiyi əmək yarmarkası 2026-cı ildə işğaldan azad olunmuş ərazilərdə keçirilmiş sayca 19-cu tədbirdir. Yarmarkada dövlət və özəl sektoru təmsil edən 26 işəgötürən 200-dən artıq iş yeri təklif edib.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see297

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see273

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see268

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see262

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see255

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see246

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see239

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see230

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see230

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see226

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see220

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see220

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see206

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see205

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see198

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see191

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see185

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see181

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri