Xankəndidə bayram konserti keçiriləcək
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndidə bayram konserti keçiriləcək.
Reyting.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.
Konsert proqramında tanınmış incəsənət xadimləri, sevilən müğənnilər çıxış edəcək, atəşfəşanlıq olacaq.
Qeyd edək ki, 2023- cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunaraq, ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçısının sərəncamı ilə 20 sentyabr "Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü" elan olunub.
Baxış sayı:51
Bu xəbər 19 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















