Icma.az
close
up
RU
Xankəndidə “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri” mövzusunda panel təşkil olunub

Xankəndidə “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri” mövzusunda panel təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində növbəti panel müzakirəsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunub.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovun və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında “Tikinti, bərpaetmə və idarəetmə xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlinin iştirakı ilə baş tutub.

Çıxışçılar “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı infrastruktur layihələri, ağıllı kənd və şəhər modelləri haqqında geniş məlumat veriblər. Yol və kommunikasiya xətlərinin çəkilişi, sosial obyektlərin inşası, həmçinin təbii və mədəni irsin bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıblar.

Tədbir işğal müddətində Ermənistanın terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri