Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dair kitab nəşr olunub

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dair kitab nəşr olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 aprel, AZƏRTAC

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru Nazim Məmmədovun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesi (2021–2024-cü illər)” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kitabda Azərbaycan tarixində parlaq qələbələr nəticəsində yaranmış yeni çağırışlar və reallıqlardan, hərbi sahədə qazanılmış Zəfərin diplomatik müstəvidə və quruculuq prosesində möhkəmləndirilməsi üçün müəyyənləşdirilmiş strateji hədəflərdən bəhs olunur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ətraflı təhlil edilir.

Kitabda, həmçinin Ermənistan silahlı birləşmələrinin törətdiyi mina terroruna qarşı mübarizə, COP29 və işğaldan azad olunmuş ərazilərdə ekoloji sivilizasiya konsepsiyası, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi su terroru və onun aradan qaldırılması istiqamətində görülən tədbirlər, Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonasının yaradılması və əhəmiyyəti, bölgənin zəngin turizm potensialı, yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması, eləcə də tarixi torpaqlara Böyük Qayıdış məsələləri geniş şəkildə tədqiq olunur.

Nəşrin elmi redaktoru Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevdir. Rəyçilər isə professor Mais Əmrahov, dosent Ədalət Qasımov və tarix üzrə fəlsəfə doktoru Rəna Baxışovadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri