Icma.az
close
up
RU
Xankəndidə keçirilən tarixi görüş beynəlxalq inteqrasiyanın yeni dövrünü açdı

Xankəndidə keçirilən tarixi görüş beynəlxalq inteqrasiyanın yeni dövrünü açdı

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan 3-cü dəfədir İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik edir. Belə ki, 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında ECO-nun IX və XII Zirvə görüşləri Bakıda keçirilib. 17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi isə Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların növbəti dəfə dünyaya təqdimatı idi.
Azad olunmuş ərazilərin bərpası, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə daha effektiv təqdim olunur.
Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Lakin son 5 ildə bütün beynəlxalq tədbirlərdə olduğu kimi ECO toplantılarında da Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab Prezident 17-ci zirvə toplantısındakı çıxışında da əsas diqqəti işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Bir daha bəyan olundu ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. İslam dəyərləri məqsədli şəkildə təhqir olunub.
İşğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində zərər dəyib. Lakin son 5 ildir regionda yeni inkişaf dövrü başlayıb.
Mina problemi, Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ ECO zirvəsində də gündəmə gəldi.
Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilən sammitdə iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Üzv ölkələr bir daha regional maraqlara uyğun, çoxtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirdilər, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıldı. Yaşıl dəhlizlər, enerji və iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya, mövcud geosiyasi şəraitdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olundu. İnvestisiya əməkdaşlığının yeni səviyyəyə çatdırılması, daha şəffaf və cəlbedici investisiya mühitinin yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımız həmçinin ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırdı.
Xankəndi toplantısında ECO-ya üzv ölkələr arasında əməkdaşlıq yeni səviyyəyə qaldırıldı.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri