Xankəndidə tibbi aksiya keçiriləcək
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası noyabrın 27-28-də Xankəndidə tibbi aksiya keçirəcək.
Globalinfo.az xəbər verir ki, məqsəd əhaliyə yerində xidmət göstərərək görmə patologiyalarının erkən mərhələlərdə dəqiq diaqnozunu qoymaq, bu patologiyaların müvafiq müalicə ilə həllinə dəstək vermək və göz sağlamlığını qorumaq üçün lazımi müayinə və müalicə tədbirlərini tətbiq etməkdir.
Məlumatda qeyd olunub ki, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait də yaradılır.
Baxış sayı:67
Bu xəbər 26 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















