Icma.az
close
up
RU
Xankəndidə “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi təşkil olunub

Xankəndidə “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi təşkil olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 oktyabr, AZƏRTAC

Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Çapar Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhmədin moderatorluğu ilə keçirilən müzakirələrin spikerləri türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov, türkman irsi üzrə tədqiqatçı Orxan İsayev olub.

İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehinin və Suriya Türkman platformasının təsisçisi Esad Arberin panel iştirakçılarına videomüraciəti səsləndirilib.

Müzakirələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 2025-ci il martın 18-də Heydər Əliyev Mərkəzində "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunun keçirilməsi məmnunluqla xatırlanıb. Həmin forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi Azərbaycanda olub, heyət işğaldan azad edilmiş ərazilərə - Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər edib, İlaxır çərşənbəni Bakıda keçirib, Novruz şənliklərinə qatılıb.

Bu il Agentliyin donorluğu ilə “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi “Türkman marşı” musiqisini ərsəyə gətirib. Mahnını vətənpərvərlik mahnılarının görkəmli ifaçısı Şəmistan Əlizamanlı oxuyub, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına (1956-2006) məxsusdur.

Müzakirələrdə qeyd olunub ki, ortaq dəyərlər Türk dünyasının böyük sərvətidir, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak edib. Hazırda Azərbaycanın İraq və Suriya ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf səviyyəsi türkmanlarla əlaqələrin yeni səviyyəyə qaldırılmasına imkan yaradır.

Türkman irsi üzrə görkəmli tədqiqatçı, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev 2000-ci ildə İstanbulda “Qardaşlıq” dərgisinə müsahibəsində türkmanlarla əlaqədar məsələni dəqiq ifadə edib. O, həmin fikirlərdən sitat səsləndirib: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”. Qəzənfər Paşayev bu il “Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu” adlı kitab ərsəyə gətirdiyini bildirib. Nəşrin redaktoru Kərkük Kültür Dərnəyinin başçısı Şəmsəddin Kuzəçidir. “Sevinirəm ki, məhəbbətlə yazdığım, Azərbaycan-İraq türkman ədəbi əlaqələrinin 1960-2025-ci illər arası bir dövrünü əhatə edən əsəri başa çatdırmışam”, - deyən Qəzənfər Paşayev türkmanlarla əlaqələrin gücləndirilməsinə dair konkret təkliflərlə çıxış edib, vətəndaş cəmiyyəti təmsilçilərini bu prosesə daha çox dəstək verməyə çağırıb.

Milli Məclisin sədr müavini, “Nəsimi” operasının librettosunun müəllifi, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində dediyi “Bizim ailəmiz Türk dünyasıdır” sözlərini bir daha xatırladıb: “Bu, fövqəladə tarixi və siyasi mənası olan bəyanatdır. Bu açılan perspektivdə bizim İraq türkləri məsələsinə yanaşmamız və hərəkətlərimiz də keçmişdəkilərdən köklü şəkildə fərqlənməli, qat-qat miqyaslı, intensiv və bəhrəli olmalıdır”.

Türkman irsi üzrə tədqiqatçı Orxan İsayev professor Qəzənfər Paşayevin elmi redaktorluğu ilə bu yaxınlarda “Kərküklü Növrəs Qədim: həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri” adlı kitab nəşr etdirdiyini bildirib. O, bu tədqiqat işində çoxsaylı yeniliklərin ortaya çıxdığını qeyd edib.

İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehi, Suriya Türkman platformasının təsisçisi Esad Arber videomüraciətlərinə doğma Azərbaycana məhəbbət ifadə ediblər, türkman mövzusunda geniş müzakirələrə görə tədqiqatçı-alimlərə, QHT-lərə minnətdarlıqlarını çatdırıblar.

“Çapar Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd məlumat verib ki, 2026-cı ildə Bakıda türkman irsi ilə əlaqədar vətəndaş cəmiyyətlərinin həmrəyliyinə dair növbəti forumun keçirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri