Icma.az
close
up
RU
Xankəndidə VII ADA Siyasi Forumu çərçivəsində panel sessiya təşkil olunub FOTO

Xankəndidə VII ADA Siyasi Forumu çərçivəsində panel sessiya təşkil olunub FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Xankəndidə VII ADA Siyasi Forumu çərçivəsində "Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər" mövzusunda panel sessiya təşkil olunub.
APA-nın məlumatına görə, tədbir ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadənin moderatorluğu ilə baş tutub.
Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri, Renat Bekturov deyib ki, zaman-zaman dünyada baş verən iqtisadi proseslər ölkələrin vəziyyətini mürəkkəb hala gətirir:
“Regionun iqtisadi sistemi ölkəmizin iqtisadi inkişafını təşviq edə bilər. Ölkəmizdə qiymətli kağızlar bazarı mövcuddur. Hökumətimiz maliyyə və inkişaf əsaslı iqtisadi siyasət aparmağa cəhd göstərir. Biz bir platforma olaraq bu sahədə hökumətlərə dəstək verə bilərik".
O ölkəsinin nəqliyyat-logistika sahəsində bir sıra müəssisələrin təsis olunmasında iştirak payına sahib olduğunu açıqlayıb:
“Həmin strukturlar Şərqlə Qərbin arasında mövcud olan dəhlizləri inkişafına xidmət edir".
Alman Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf isə, öz növbəsində, forumun önəmini vurğulayaraq bildirib ki, Xankəndi şəhərində keçirilən bu konfrans iştirakçı ölkələr arasında geniş əməkdaşlıq körpülərinin yaradılmasına imkan verəcək:
“Almaniya ilə Azərbaycan arasında mühüm tərəfdaşlıq əlaqələri var. Biz bu münasibətin daha da inkişafında maraqlıyıq. Almaniya həm süni intellekt, həm də rəqəmsallaşma sahəsində mühüm potensiala malikdir. Bu gün bütün ölkələr qlobal dəyişikliklərlə üz-üzə olsa da, biz gələcəyə nikbin baxırıq. Dünyada baş verən dəyişikliklər narahatlıq doğurmaya bilməz. Bu kontekstdə ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsi önəmlidir”.
Urs Unkauf ötən il Azərbaycanın COP29-a ev sahibliyi etməsinə də diqqət çəkərək bunun ölkənin iqlim fəaliyyətinə mühüm töhfə olduğunu qeyd edib
"Azərbaycanın ötən ilin noyabrında COP29-a ev sahibliyi etməsi ölkənizin iqlim məsələsinə mühüm önəm verdiyini göstərir. Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında mühüm əlaqələr var. Biz bu münasibətin daha da inkişafında maraqlıdır. Mənim ölkəmin həm süni intellekt, həm də rəqəmsallaşma sahəsində mühüm potensialı var. Bu gün demək olar ki, bütün ölkələr qlobal dəyişikliklərlə üz-üzədir. Lakin buna baxmayaraq, biz gələcəyə nikbin baxırıq. Hesab edirəm ki, Xankəndi şəhərində keçirilən bu konfrans iştirakçı ölkələr arasında geniş əməkdaşlıq körpələrinin yaradılmasına imkan verəcək. Dünyada baş verən dəyişikliklər narahatlıq doğurmaya bilməz. Bu kontekstdə ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsini vacib sayırıq".
O əlavə edib ki, 2022-ci ildəki böhrandan sonra Cənubi Avropa ölkələri enerji resurslarının əldə edilməsində problemlərlə üzləşdi. Bu kontekstdə nəhəng qaz hasilatçısı kimi Azərbaycanın rolunu önə çıxarıb.
Yunanıstanın Trakya Demokrit Universitetinin professoru Marika Karagianni isə istər dünyada baş kimi böhranların, istərsə də enerji resurslarının tükənməsinin "yaşıl enerji"dən istifadənin önəmini növbəti dəfə göstərdiyini deyib:
"Azərbaycan kimi ölkələrin, eləcə də Misir, Tunis, eləcə də İsrailin alternativ enerji mənbələrinin istehsalı və ixracı sahəsində mühüm potensialı var. Biz hesab edirik ki, Avropada enerji resurslarının diversifikasiyası sahəsində Azərbaycan Avropaya müvafiq marşrutlarla "yaşıl enerji" tədarükündə mühüm rol oynaya bilər. Mərkəzi Asiya və Xəzər regionunda yerləşən ölkələr növbəti dövrlər üçün Avropanın nəhəng və etibarlı enerji təchizatçılarıdır. Mərkəzi və Şimali Avropa ölkələrində də enerji bazarlarının diversifikasiyasına ehtiyac var. Bu addım "yaşıl enerji" resurslarından istifadəni daha da təşviq edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri