Icma.az
close
up
RU
VII ADA Siyasi Forumunda növbəti panel müzakirəsi keçirilib FOTO

VII ADA Siyasi Forumunda növbəti panel müzakirəsi keçirilib FOTO

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağ Universitetində keçirilən VII ADA Siyasi Forumu çərçivəsində "Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri" adlı panel müzakirəsi baş tutub.

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qarabağın işğalı dövründə ABŞ, Kanada və Çexiyadan olan siyasətçilərin vaxtaşırı bizim reallıqla barışmalı olduğumuzla bağlı fikirlər səsləndirdiyini söyləyib.

O deyib ki, hazırda Azərbaycana və soydaşlarımıza qarşı müxtəlif cinayətlər törətmiş şəxslər Azərbaycanın qanunlarına uyğun mühakimə olunurlar, lakin dünyada buna münasibət birmənalı deyil:

"Qarabağdakı hərbi korpusun keçmiş rəhbərliyi insanlıq əleyhinə cinayətlər daxil olmaqla, müxtəlif cinayətlərə görə mühakimə olunurlar. Lakin təəssüf ki, onların azadlığa buraxılması tələb olunur. Hətta BBC belə Ruben Vardanyanla bağlı xüsusi material hazırlayıb. Belə çağırışlar qəbuledilməzdir".

Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan da paneldə çıxış edib. Onun fikrincə, Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub, hazırda isə vəziyyət Azərbaycanın xeyrinə dəyişib:

"Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir. Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini dəstəkləyir. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə, Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək. Hazırda vacib regional əməkdaşlıq platformalarından biri də hər birinizə yaxşı məlum olan "3+3"dür”.

Türkiyəli siyasətçi vurğulayıb ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkədir.

Almaniya Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf isə ölkəmizin ev sahibliyi etdiyi COP29 Sammitinə toxunub. O bildirib ki, Azərbaycanın ötən ilin noyabrında COP29-a ev sahibliyi etməsi iqlim məsələsinə mühüm önəm verildiyinin göstəricisidir. U. Unkauf ölkəsi ilə Azərbaycan arasında mühüm tərəfdaşlıq əlaqələrinin olduğuna diqqət çəkib:

"Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında mühüm əlaqələr var. Biz bu münasibətin daha da inkişafında maraqlıdır. Mənim ölkəmin həm süni intellekt, həm də rəqəmsallaşma sahəsində mühüm potensialı var. Bu gün demək olar ki, bütün ölkələr qlobal dəyişikliklərlə üz-üzədir. Lakin buna baxmayaraq, biz gələcəyə nikbin baxırıq. Hesab edirəm ki, Xankəndi şəhərində keçirilən bu konfrans iştirakçı ölkələr arasında geniş əməkdaşlıq körpülərinin yaradılmasına imkan verəcək. Dünyada baş verən geosiyasi və geostrateji dəyişikliklər narahatlıq doğurmaya bilməz. Bu kontekstdə ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsini vacib sayırıq".

Panel sual-cavab sessiyası ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri