Icma.az
close
up
RU
Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJI

Xankəndidən verilən Zəngəzur dəhlizi MESAJI

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 19-21-də Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu yalnız informasiya texnologiyalarının deyil, həm də Azərbaycanın çağdaş dünyaya təqdim etdiyi geosiyasi baxış bucağının parlaq nümunəsidir. "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən forum 52 ölkədən 140-dan çox iştirakçını bir araya gətirməklə Azərbaycanın texnologiya, diplomatiya və strateji mesajlar sahəsində yüksələn rolunu bir daha göstərdi. Forumda media savadlılığı, informasiya təhlükəsizliyi, süni intellektin medianın dayanıqlılığına təsiri, dezinformasiyaya qarşı strategiyalar kimi mühüm mövzular müzakirə edildi. Mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları oldu. Dövlət başçısı bildirdi ki, biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk:

"Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini, demək olar, başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də, gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq".

Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan, Azərbaycandan İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələri vasitəsilə İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır", - deyə dövlət başçısı qeyd edib.

Milli Məclisin deputatı Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi zaman məsələsidir:

"Təbii ki, Zəngəzur dəhlizi birmənalı şəkildə istifadəyə veriləcək. İqtisadi təhlillər də göstərir ki, Zəngəzur dəhlizi bütövlükdə regionun inkişafı üçün vacibdir. Bu baxımdan, Ermənistan da iqtisadiyyatının qısamüddətli deyil, daha orta və uzunmüddətli dövrdə inkişafında maraqlıdırsa, dəhlizin rasional olaraq daha tez açılmasına səy göstərməlidir. Regional olaraq Zəngəzur dəhlizi Qafqaz üçün həm də dayanıqlı sülh və stabilliyin əsasını qoya bilər. Çünki kommunikasiyanın açılması, o cümlədən Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də əməkdaşlıq üçün yeni imkanlar deməkdir".

"Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının quru nəqliyyat vasitəsilə birləşməsinə imkan verəcək. Dəhliz türk dünyasını birləşdirən bir yol olacaq. Bütün bunlarla yanaşı, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm də region ölkələri üçün faydalıdır. İqtisadi qiymətləndirmələr də göstərir ki, region ölkələri də Zəngəzur dəhlizinin istifadəyə verilməsindən dividend əldə edəcəklər. Ona görə regionda maraqlı olan ölkələr də bu dəhlizin daha qısa zamanda istifadəyə verilməsini təşviq etməlidirlər. Bu istiqamətdə maneələr yaratmaq deyil, dəstək nümayiş etdirmək prinsipinə üstünlük verməlidirlər", - deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Şimal-Cənub nəqliyyat marşrutunun genişləndirilməsinə imkan verəcək:

"Çünki nəticə etibarilə Şimal-Cənub nəqliyyat dəhlizi şimaldan başlayaraq cənuba - Hindistana qədər yüklərin daşınmasını özündə ehtiva edir. Amma eyni zamanda, artıq həmin nəqliyyat dəhlizi Zəngəzur dəhlizi vasitəsilə həm də Türkiyə və Avropaya genişlənmiş olacaq. Bu da təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizinin həm ötürmə imkanlarının, həm də bütövlükdə yükdaşıma tutumunun daha da artmasına şərait yaradacaq. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, məhz qlobal forumda qeyd olunduğu kimi, regional layihələrin daha da genişlənməsinə, region ölkələrinin bu imkandan daha sıx şəkildə faydalanmasına gətirib çıxaracaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 İyul 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri