Icma.az
close
up
RU
Xankəndinin Baş planı hazırlanır

Xankəndinin Baş planı hazırlanır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır.

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı uğurla icra olunur. Ötən həftə respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanında yer alan ümumilikdə 28 ailə öz ata-baba yurdlarına qayıdıb.

Gununsesi.info Musavat.com – a istinadən xəbər verir ki, onların arasında Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) yola salınıb.

Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.

Ötən həftə Cəbrayıl şəhərinə də növbəti köç prosesi gerçəkləşib. Şəhər 32 ailə olmaqla, 153 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb.

“Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə”. Bunu Oxu.Az-a açıqlamasında Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Yaqub Vəliyev deyib.

O bildirib ki, doğma torpağına qayıtdığı üçün çox sevinclidir: “Sevincimin həddi-hüdudu yoxdur. Hər dəfə Cəbrayılın adı çəkiləndə mənim gözüm dolur. Ən gözəl günlərimi orada yaşamışam. Yoldaşımla, ailəmlə çıxdığım doğma torpağıma nəvələrimlə qayıdıram. Sevincimi sözlə ifadə edə bilmirəm. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Əməkdar jurnalist Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı mütəmadi olaraq Qarabağda gedən bərpa-quruculuq işləri ilə əlaqədar öz “facebook” hesabında məlumat xarakterli statuslar paylaşır. O, “Xocalı yaşıllığa bürünür” başlıqlı statusunda bunları qeyd edib: “İşğaldan azad olunmuş Xocalı rayonunda infrastrukturun yenidən qurulması, ekoloji tarazlığın bərpası məqsədilə böyük yaşıllıq sahələri salınır. Xocalı şəhərində geniş tikinti bərpa quruculuq işləri ilə bərabər yaşıllıq sahələrinin də yenidən qurulmasına xüsusi diqqət yetirilir. 

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilir. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və yaşıllıq sahələrinə qulluq xususi diqqətdə saxlanılır. Ərazidə yeni yaşıllıq sahələrinin artırılması bundan sonra da davam etdiriləcək. Qeyd edək, işğal dövründə digər yaşayış məntəqələri kimi Xocalı şəhərində yerləşən yaşıllıq sahələri də ermənilər tərəfindən məhv edilmişdi”.

A.Telmanqızı Modern.az-a verdiyi müsahibədə Xankəndidən danışıb: “Quruculuq işləri gedir. Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və Mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər də davam etdirilir”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Yanvar 2025 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri