Xaraba Gilan türbələrinin İslam sivilizasiyasına məxsus olmadığı müəyyənləşib
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Naxçıvandakı Xaraba Gilan türbələrinin İslam sivilizasiyasına məxsus olmadığı müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Bildirilib ki, arxeoloq Bəhlul İbrahimlinin apardığı arxeoloji qazıntılar bu abidələrdə dəfn adətinin İslam qaydaları əsasında həyata keçirilmədiyini ortaya çıxarıb. Nəticədə indiyədək elmi ədəbiyyatda Xaraba Gilan türbələrinin hamısının İslam sivilizasiyasına məxsusluğu fikirlərinin həqiqətəuyğun olmadığı müəyyənləşib.
Hesabata əsasən, türbələrin və xüsusən onların sərdabələrinin plan quruluşu onların sinkretik abidələr olduğunu və daha çox tanrıçılıq dini inancının dəfn adətlərinə uyğun gəldiyini söyləməyə imkan verir.
Eyni zamanda, sərdabədən əldə edilmiş toxuculuq məmulatından ibarət olan tapıntılar Elxanilər dövlətinin, əsasən, Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını söyləməyə imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 11 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















