Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Xaricdə təhsil alanlara çağırış: diplomların tanınması...

Xaricdə təhsil alanlara çağırış: diplomların tanınması...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Agentlikdən Globalinfo.az-a verilən məlumata görə, sözügedən Qaydalara əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması üçün tanınmanın həyata keçirilməsi zəruridir.

Bildirilib ki, müraciətçinin sənədlərinin ekspertizasının nəticəsi müsbət qərarla yekunlaşdığı təqdirdə, tanınma şəhadətnaməsi müvafiq olaraq elektron şəkildə müraciətçinın şəxsi kabinetinə göndərilir:

“Son zamanlar vətəndaşlar, işəgötürənlər, eləcə də tərəfdaş qurumlar tərəfindən TKTA-ya edilən müraciətlərə əsasən aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi şəhadətnamələr saxtalaşdırılır. Təəssüflə qeyd etmək istərdik ki, saxta şəhadətnamə sahibləri dinlənildikdə, diplom tanınması üçün müəyyən vasitəçilərlə əməkdaşlıq etdikləri məlum olub.

Bir daha diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Qeyd edirik ki, sözügedən əməl Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır və TKTA öz növbəsində aşkarlanmış faktlar üzrə mütəmadi olaraq aidiyyəti qurumları məlumatlandırır.

TKTA bu kimi halların qarşısını almaq məqsədilə müvafiq şəhadətnamələrin üzərində olan ştrix kodu (QR) skan edərək yoxlamaqla yanaşı, sözügedən sənədin əlavə olaraq https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə həqiqiliyinin təsdiqlənməsini tövsiyə edir.

Qeyd edilənlərlə yanaşı, istifadə rahatlığını təmin etmək çərçivəsində TKTA-nın internet səhifəsində Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası (https://apply.enic.edu.az/e-reference/) istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri