Icma.az
close
up
RU
Xaricdə təhsilə dair Dövlət Proqramı: uğurlu addımlar, fərəhli nəticələr

Xaricdə təhsilə dair Dövlət Proqramı: uğurlu addımlar, fərəhli nəticələr

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə ölkəmizdə gənclərin xaricdə təhsilalması dövlət bu sahədə siyasətinin prioritetlərindən birinə çevrilib. Əsas məqsəd gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı" ölkənin ehtiyac duyduğu prioritet sahələr üzrə kadr potensialının qarşılanması məqsədini daşıyır.

Ali təhsilin bakalavriat səviyyəsində təhsil

almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl universitetlərindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaq.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ilk 10-luğunda yerləşən ABŞ-nin "Stanford Graduate School of Business"də MBA proqramı üzrə təhsil alan Anastasiya Zimina Bakı şəhərində anadan olub. O, paytaxtdakı 160 nömrəli Klassik Gimnaziyanı bitirib, daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olub, ali təhsilimi "Menecment" ixtisası üzrə başa vurub. Ali məktəbi bitirdikdən sonra müxtəlif sənaye sahələrində çalışıb, ölkənin ÜDM-nə təsir edən layihələrdə iştirak edib: "Son bir il yarım ərzində "Boston Consulting Group"da işləmişəm, texnoloji və transformasiya layihələrində iştirak etmişəm. Sonra hədəfimdə dünyanın ən rəqabətli və nüfuzlu MBA proqramına daxil olmaq dururdu. Bu gün mən Stanford Universitetindəəldə etdiyim bilik və qlobal əlaqələrdən istifadə edərək innovativ həllər yaratmağa, biznesin və vətənimin inkişafına töhfə verməyə çalışıram. Məktəb illərim 160 nömrəli Klassik Gimnaziyada keçib. Orada məndə erkən yaşlarımdan son nəticənin birbaşa öz səylərimdən asılı olduğuna inam yarandı. Məhz bu ədalətli mühit və təşəbbüskarlığın təşviqi məni ən yaxşı seçim etməyə sövq etdi. Məktəb bazası mənə təkcə akademik bilik deyil, həm də məqsədyönlü və təşəbbüskar olmağın nə qədər vacib olduğunu aydın şəkildə başa saldı. Məktəbdə çıxardığım bütün bu dəyərlər və prinsiplər mənim gələcək inkişafımda böyük rol oynadı: onlar mənə  Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olmaq üçün möhkəm bir təməl və potensialımı maksimum dərəcədə açmağa imkan verdilər. Stanford MBA proqramı, dünyada ən prestijli MBA proqramları arasında ən aşağı qəbul faizi ilə seçilir. Bu MBA proqramında hər bir problem həllinə dünya miqyasında yanaşılır və investorların, eləcə də startapların əsas məkanı sayılır. Beləliklə, əsas sual "mənim həllim bu problemi dünya üzrə bütün ölkələrdə necə həll edəcək?" olur. Bu cür qlobal miqyasda düşünmə mənim üçün çox önəmlidir, ona görə ki, bu, mənə daha geniş düşünməyə kömək edəcək və bu təcrübəni Azərbaycana gətirməyə dəstək olacaq. Bu gün Azərbaycanda gənclərə çox ciddi diqqət yetirilir, çünki ölkənin gələcəyini məhz gənc nəsil müəyyənləşdirir. Dövlətimiz gənclərə inkişaf üçün çox sayda fürsət təklif edir: pulsuz təlimlər keçirir, perspektivli sahələrdə təhsil proqramlarını dəstəkləyir, tələb olunan peşələrin inkişafı üçün şərait yaradır. Bu dəstəyin mühüm elementi gənclərin dünyanın aparıcı universitetlərinə daxil olmasına, təcrübə qazanmasına və sonra əldə etdikləri bilikləri vətənlərinin rifahı naminə tətbiq etmələrinə kömək edən Xaricdə Təhsil üzrə Dövlət Proqramı olub. Bu dəstək sayəsində biz gənc mütəxəssislər nəinki qabaqcıl tədqiqat və texnologiyalara çıxış əldə edirik, həm də qlobal idarəetmə təcrübəsini mənimsəyirik ki, bu da yeni nəsil liderlərin formalaşmasına kömək edir. Əminəm ki, təhsil sahəsində dövlət təşəbbüslərinin davam etdirilməsi və genişləndirilməsi ilə biz Azərbaycanın inkişafına əhəmiyyətli töhfə verəcək daha istedadlı məzunları görəcəyik".

O qeyd edib ki, Stanford Universiteti innovativ mədəniyyəti və sahibkarlıq ruhu ilə məşhurdur və onun MBA proqramı dünyanın ən rəqabətli proqramı hesab olunur. Burada tələbələrə daim meydan oxuyan və qlobal düşünməyə təşviq edilən bir atmosfer var: "Məni xüsusilə biznes və texnologiyanın gələcəyini formalaşdıran güclü təcrübəçilərdən və akademiklərdən öyrənmək fürsəti cəlb etdi. MBA-ya marağım uzun müddətdir ki, strateji düşüncənin böyük layihələrdə hansı rol oynadığını görəndə yaranıb. Bir çox ölkələrdə MBA hazırda karyera inkişafının açarına çevrilir, çünki geniş əlaqə şəbəkəsi və hərtərəfli idarəetmə təcrübəsi verir. Mənim üçün bu proqram üfüqləri genişləndirməyə və gələcək uğurlara zəmin yaratmağa kömək edən bir platformadır. Düşünürəm ki, öz Vətəninə dəstək vermək hər bir vətəndaşın borcudur. Bu dəstək həm ölkə maraqlarını qorumaq, həm seçkilərdə iştirak etmək, həm də iqtisadi sahələrin inkişafını təmin etməkdən ibarətdir. Bu baxımdan, mən hər zaman Azərbaycanın inkişafına dəstək verməyə çalışmışam. Azərbaycan Prezidentinin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edilib və biz inkişaf etməyə, ölkəni daha da yaxşılaşdırmağa davam edirik. Stenfordda təhsil alarkən mümkün qədər çox təcrübə və bilik əldə etmək istərdim, daha sonra isə onları həyata keçirərək ölkənin inkişafına daha çox kömək edə bilərəm. Həmçinin belə bir universitetdə "networking" və layihələr, gələcəkdə Azərbaycana investisiyalar gətirmək üçün kömək edərək, ölkənin xarici investisiyalar cəlb etməklə bağlı ümumi iqtisadi siyasətini dəstəkləyəcək. Misal üçün, AI və rəqəmsal marketinq sahəsində startup ideyam var - onu Stanford vasitəsilə böyüdüb Azərbaycana xarici investisiyalar cəlb etmək istərdim. Çünki Azərbaycan vətənimdir, burada böyümüşəm, burada bu startup-ı böyütmək həm mənəvi, həm də iqtisadi baxımdan önəmlidir. Stanford fikirlərin açıqlığını və bərabər dialoqu təşviq edir: Tələbələr professorlardan öyrəndikləri kimi, professorlar da tez-tez öz tələbələrindən öyrənirlər. Təşəbbüs həmişə burada qiymətləndirilir: bir araşdırma və ya başlanğıc üçün bir fikriniz varsa, həyata keçirmək üçün mentorluq və mənbələr alacaqsınız. Buradakı beynəlxalq tələbələr kampus müxtəlifliyinin ayrılmaz hissəsidir və onların mədəniyyətləri və təcrübələri sinif müzakirələrini zənginləşdirir. Üstəlik, laboratoriyalarda vətədqiqat mərkəzlərində maraqlarınıza uyğun bir layihə tapmaq və müəllimlərdən fəal şəkildə dəstək almaq asandır. Elmi-tədqiqatlara cəlb olunma formal olaraq deyil, canlı maraq sayəsində baş verir: tələbələr özləri iştirak etmək istəyirlər, çünki öz işlərinin real nəticələrini görürlər".

Onun sözlərinə görə, azərbaycanlı tələbələrin ABŞ-dəki mühiti çox mehribandır: "Biz təcrübə mübadiləsi aparır və bir-birimizə yeni təhsil mühitinə uyğunlaşmağa kömək edirik. Eyni zamanda, mənim mövqeyim bənzərsizdir, çünki Azərbaycandan "Stanford Graduate School of Business"ə daxil olan ilk qadın və GSB-də son on ildə ölkəmizdən olan yeganə tələbəyəm. Bu, vətəni beynəlxalq səviyyədə təmsil etmək və onun müsbət imicini təbliğ etmək baxımından mənim üçün xüsusi məsuliyyətdir. Mən mədəniyyətimizə diqqəti cəlb etməyə, tədbirlərdə iştirak etməyə və Azərbaycanın zəngin irsi haqqında danışmağa çalışıram. Bundan əlavə, həmvətənlərimi fəal şəkildə dəstəkləyirəm, onlara qəbula hazırlaşmalarına kömək edirəm və bu cür nüfuzlu universitetlərdə rəqabətdə qalib gəlmək barədə məsləhətlərimi bölüşürəm. Ümidvaram ki, yaxın illərdə Stanforddakı təmsilçiliyimiz daha da artacaq və biz Azərbaycandan olan istedadları daha da parlaq şəkildə üzə çıxara biləcəyik. Xaricə təhsil almağa gedən qızların sayının artması onların ambisiyalarının və öz güclərinə inamlarının artmasını əks etdirir. Öz nümunəmdən deyə bilərəm ki, əzmkarlıq, ciddi intizam və ailəmin dəstəyi mənə hər hansı bir stereotipi aradan qaldırmağa və məqsədimə çatmağa kömək etdi. Ona görə də Azərbaycandan Stanford Ali Biznes Məktəbinə (Stanford Graduate School of Business) daxil olan ilk qadın olmaq mənim üçün təkcə böyük qürur mənbəyi deyil, həm də inkişafımı davam etdirmək üçün güclü stimuldur. Mən görürəm ki, biz qızlar nəinki dünyanın ən yaxşı universitetlərində rəqabət aparırıq, həm də bir-birimizi cəsarətlə irəliləməyə və yeni zirvələrə çatmağa ruhlandırırıq. Bu nümunə, ümid edirəm ki, digər qızları da özlərinə inanmağa vəmaneələrdən qorxmadan hərəkət etməyə sövq edəcək".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri