Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525ci qəzet Xaricdə təhsilə dair Dövlət Proqramı: Azərbaycanın davamlı inkişafına böyük təkan

525ci qəzet Xaricdə təhsilə dair Dövlət Proqramı: Azərbaycanın davamlı inkişafına böyük təkan

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə qəbul yekunlaşıb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 13-də elan olunmuş və 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təqaüd almaq hüququ qazanan 500 nəfərə dair yekun siyahıda yer alan və magistratura səviyyəsi üzrə müxtəlif səbəblərdən iştirakı mümkün olmayan (şəxsi səbəblər, viza səbəbi və s.) 23 nəfər təqaüdçü proqramdan imtina edib, əvəzinə ehtiyat siyahısından namizədlər seçilib. Bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.

Qeyd edək ki, hər il 500 nəfərədək Azərbaycan vətəndaşının Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq.

2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1252 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. Hazırda proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 140 ali təhsil müəssisəsində 981 tələbə təhsil alır. Bugünədək 156 nəfər Dövlət Proqramı məzunu adı qazanıb.

Son dövrdə Azərbaycan gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsil alması dövlət siyasətində prioritetlərdən birinə çevrilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Proqramın icrası müddətində hər il 500 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdəki nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ümumilikdə, "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın sözlərinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilib. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir. Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir, gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir: "Proqramın icrası ilə ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaranacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq. Ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət daha da güclənəcək. Xatırladım ki, bu proqram məzunların məşğulluğunun təmin edilməsini və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılmasını da şərtləndirəcək. Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, proqram Dövlət Neft Fondunun vəsaiti, eləcə də beynəlxalq təşkilatların texniki-maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdirilir".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, öncəki illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması mühüm önəm daşıyır. Bu məsələdə innovasiyaların rolu xüsusi diqqət çəkir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir. Bu məsələdə rəqəmsallaşmanın tətbiqinin böyük əhəmiyyəti var. Yeni strateji dövrün çağırışları, həmçinin, inkişaf məqsədləri nəzərə alınmaqla ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün Azərbaycan dövləti davamlı olaraq bu sahəyə dəstək göstərir.

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük verilir. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyat və sair. Nəzərdə tutulan müddətdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin edilir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edir: "Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük verilir. Sənəddə o da qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən edilir. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən edilir. Bu da gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq. Təsadüfi deyil ki, ötən illər ərzində respublikamızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və proqramları reallaşdırılıb".

O qeyd edib ki, dövlət dəstəyi ilə təhsil almağa göndərilən tələbələrin sayı ildən ilə artır: "Bu Prezidentin insan kapitalının formalaşmasına verdiyi önəmdən irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını peşəkar kadrlarla reallaşdırır, gələcəkdə ölkəmizin inkişafı ilə bağlı işləri həyata keçirəm biləcək, o yükün altına girə biləcək insanları bu gündən formalaşdırır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi dövründə bütün mənalarda inkişaf edib. Biz torpaqlarımızın işğalına ölkə başçımızın dəmir yumruğu ilə son qoymuşuq. İndi o torpaqlarda bərpa olunması, infrastrukturun yenilənməsi prosesi gedir. Bu prosesi həyata keçirən insanlar olaraq peşəkar kadrlara ehtiyac duyuruq. Gələcəkdə də peşəkar kadrlara ehtiyac olacaq. Həmin kadrların təminatı bu gün həyata keçirilir. Xatırlayıram ki, ölkə başçımızın qara qızılı insan kapitalına çevirməklə bağlı yanaşması vardı. Bu yanaşma əməli işlərlə öz təsdiqini tapır. Əminəm ki, bizim peşəkar, savadlı kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilən gənclərimiz gəlib Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini verəcəklər. Azərbaycan bütün mənalarda inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcək. Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla bağlı arzularının reallaşmasına dövlət başçımızın dəstəyinin ifadəsidir. Dünyanın fərqli ölkələrində gənclərin nüfuzlu universitetlərdə təhsil alamq arzuları var. Amma bu arzular gerçəkləşə bilmir. Çünki bu universitetlərdə təhsil haqları çox yüksəkdir. Tələbə sosial baxımdan ən həssas və qayğıya ehtiyacı olan təbəqədir. O tələbənin qayğılarını, xərclərini dövlət qarşılayır. Bundan böyük dəstək ola bilərmi? Ona görə də bu dünyada analoqu olmayan işlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz gənclərə bu böyük şansı yaradır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri