Icma.az
close
up
RU
Xaricdə yaşayan azərbaycanlı gəncləri birləşdirən “Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib

Xaricdə yaşayan azərbaycanlı gəncləri birləşdirən “Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 iyun, AZƏRTAC

Rusiya Federasiyasının Moskva şəhərində “Bulbul” mobil tətbiqinin təqdimat mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tətbiq Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olmuş “DAVAM - Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiqin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

“Bulbul” mobil tətbiqi xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək onların arasında mədəni, sosial və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Tətbiq istifadəçilərə Azərbaycan mədəniyyəti, dili və aktual ictimai mövzular ətrafında ünsiyyət qurmaq, tədbirlər və təşəbbüslər barədə məlumat almaq, fikir mübadiləsi aparmaq və həmfikir gənclərlə bir araya gəlmək imkanı yaradır.

Tətbiqdə fərdi şəxs, müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. Platformanın yaradıcıları sadəcə şəbəkə üzvləri arasında ünsiyyət yaratmaqla kifayətlənməmək, eyni zamanda, biznes sahiblərinə, kiçik və orta sahibkarlığa dəstək vermək niyyətində olduqlarını bildiriblər.

Layihənin təşəbbüskarları bildiriblər ki, uzun müddət Vətəndən uzaqda yaşamaq, Azərbaycan məhsullarının çətin tapılması və ana dilinin istifadəsinin məhdud olması onları bu şəbəkəni yaratmağa vadar edib. Beləliklə, “dostlar axtarışı” bölməsində şəhər, cins, yaş, ixtisas üzrə yeni dostlar, eyni zamanda, milli mətbəxə ən yaxın mağaza və ya kafe, restoran tapmaq mümkündür.

Şəbəkənin yaradıcıları istifadəçilərin onların zəhmətini qiymətləndirəcəyinə və bu milli layihəyə fəal dəstək verəcəklərinə ümid edirlər.

Həmin tətbiqi App Store platformasında “Bulbul - social network” adını taparaq və ya https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589  keçidi vasitəsilə yükləmək mümkündür. Tətbiq istər texniki funksionallığı, istərsə də məzmun baxımından daim yenilənəcək və istifadəçilərin ehtiyaclarına uyğun təkmilləşdiriləcək.

“Bulbul” tətbiqi, rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə, dünya üzrə azərbaycanlı gəncləri virtual platformada bir araya gətirərək onların həmrəyliyini və fəallığını artırmağı qarşıya məqsəd qoyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri