Icma.az
close
up
RU
Xaricdə yaşayan azərbaycanlılara güzəştlər verilə bilər AÇIQLAMA

Xaricdə yaşayan azərbaycanlılara güzəştlər verilə bilər AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Xaricdə yaşayan azərbaycanlılara müxtəlif güzəştlərin tətbiq edilməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlir. Belə ki, bəziləri düşünür ki, xaricdə yaşayan, hətta başqa ölkələrin vətəndaşlığını qəbul edən azərbaycanlıların ölkəyə gediş-gəlişi və digər məsələlərdə müxtəlif səpkili güzəştləri olmalıdır. 
Modern.az məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənovla həmsöhbət olub. 
O qeyd edib ki, zaman-zaman bu mövzu gündəmə gəlir. Xaricdə yaşayan vətəndaşlarımız və bütün azərbaycanlılar üçün qəbul ediləcək sənəs müxtəlif sahələri əhatə etməlidir. 


"Bu qanun layihəsində xaricdə yaşayan azərbaycanlılar üçün hansı imtiyazların mümkün olduğu bildirilməlidir. Burada vətəndaşlıqdan başlayaraq, onların ölkə ərazisində yaşaması üçün icazələrin sadələşdirilmiş qaydada verilməsi, hər hansı kapitalın yerləşdirilməsi - azərbaycanlı xaricdə sərmayəyə malikdirsə, onun Azərbaycana yatırılması, hansısa biznes sahəsinə yönləndirilməsi kimi müxtəlif səpkidə imtiyazlardan söhbət gedir. Hətta vergilərdə müəyyən güzəştlərin tətbiq olunması kimi bir çox sahələr üzrə güzəştlərin tətbiqi ilə bağlı məsələlər gündəmə gətirilir. Bunlar qanun layihəsi şəklində olmasa da, təkliflər zaman-zaman səsləndirilir. Təkliflər diaspor təşkilatlarından, ayrı-ayrı soydaşların müxtəlif təmsilçiləri tərəfindən bu məsələ gündəmə gətirilir”. 


A. Allahverənov bildirib ki, soydaşlarımızla bağlı ayrıca qanun layihəsinin qəbulu məsələsi müzakirə olunub.
"Müşahidələr göstərir ki, soydaşlarla bağlı qanun layihəsinin olması, onların hüquq və mənafelərinin qorunması vacibdir. Soydaş olduqları üçün onlara ayrıca güzəştlərin tətbiq edilməsi də gündəmə gətirilir. Nəticə etibarilə yanaşma bəllidir - ən azı xarici ölkələrdə yaşayan azərbaycanlılar hansısa formada dövlətin yaratdığı imtiyaz paketindən istifadə etmə imkanı qazana bilsinlər".                                                                                                                                                                                                                                                                                    
Digər mühüm nüanslardan da danışan deputat vurğulayıb ki, imtiyaz məsələsində konkret olaraq xaricdə yaşayan soydaşlarımızla bağlı bəzi müddəalar var:


“Miqrasiya Məcəlləsini və digər sənədləri nəzərdən keçirdikdə görmək olar ki, xaricdə yaşayan soydaşlarımızla bağlı mövcud siyasət var. Konkret olaraq Diaspor Komitəsi fəaliyyət göstərir. O komitə bilavasitə bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurum qismində özünü büruzə verir. Nəticə etibarilə müxtəlif dəstək proqramları vasitəsilə soydaşlarımızla bağlı bu və ya digər səpkidə müəyyən fəaliyyətlər həyata keçirilir. İndi nə dərəcədə soydaşlarımız bu imkanlardan yararlanırlar, düşünürəm ki, bu ikinci məsələdir. Əsas odur ki, dövlət bizim soydaşlarla bağlı bir yanaşmaya malikdir. Bu səpgidə də yalnız Diasporla İş üzrə Dövlət Komitəsi yox, dövlətin ayrı-ayrı strukturları - Dövlət Miqrasiya Xidməti, diplomatik korpus bu səpgidə müəyyən işlər həyata keçirirlər. Hər hansı bir təklif təqdim olunarsa, qanun layihəsi də nəzərdən keçirilə bilər. Ən azından bu gün hər hansı mərkəzi icra hakimiyyəti orqanı olsun, yaxud vətəndaş cəmiyyəti institutları bu təkliflərlə çıxış edə bilirlər. Ən azı qanun layihəsini təqdim edə bilərlər. Aidiyyəti strukturlar da təbii ki, o qanun layihəsinin müvafiq qaydada ekspertizasını həyata keçirib müəyyən rəylərin verə bilərlər”.


“Düşünürəm ki, gələcəkdə bu istiqamətdə hər hansı qəti mövqe olarsa, konkret hansısa tərəf qanun layihəsi təşəbbüsü ilə çıxış edərsə, yenə də konstitusiyanın əsas müddəalarına söykənərək sənəd aidiyyəti üzrə nəzərdən keçiriləcək”, - deyə o bildirib. 


Azər Allahverənov vurğulayıb ki, bəzi güzəştlər konstitusiya və digər sənədlərdə yer almış prinsiplərə zidd kimi görünə bilər.


 “Soydaşlarımızla bağlı xüsusi imtiyaz paketi olmalıdır. Xaricdə yaşayan soydaşlarımız əgər həmin ölkələrin vətəndaşlarıdırsa, ölkə ərazisində Miqrasiya Məcəlləsinə uyğun digər əcnəbilər kimi yanaşılır. Onların qənaətinə görə bu belə olmalı deyil. Soydaşlarımızla bağlı yanaşmada daha geniş imtiyaz imkanları olmalıdır. Bu da konstitusiya və digər sənədlərdə yer almış bəzi prinsiplərə zidd kimi görünə bilir. Çünki burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Bu təklifləri irəli sürənlər onu pozitiv diskriminasiya kimi qiymətləndirə bilər. Qanunvericilikdə yer almış pozitiv diskriminasiya olduğunu bildirə bilərlər. İstənilən halda məsələ hər hansı ayrı-seçkiliyə yol verilmədən mövcud qaydalar və prinsiplər daxilində təmin olunur. İndi lokal şəkildə müəyyən nüanslar ola bilər ki, elə qanunvericiliyin tətbiqi zamanı həmin nüanslar özünü büruzə versin. Soydaşlarımızla bağlı məsələlər olanda həmin nüanslar xüsusi nəzərə alınır”, – deyə o sonda bildirib. 

Turqay Musayev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri