Icma.az
close
up
RU
Xaricdəki alimlərimizin potensialı ölkəmizdəki təhsil keyfiyyətinin artırılmasına cəlb olunmalıdır

Xaricdəki alimlərimizin potensialı ölkəmizdəki təhsil keyfiyyətinin artırılmasına cəlb olunmalıdır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İstanbulda keçirilən Türkiyədəki Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk toplantısında iştirak etmək Qarabağ Universitetinin gələcəkdə bu qurumla əməkdaşlığı baxımındam olduqca yüksək qiymətləndirilir”. Bu barədə Qarabağ Universitetinin elm şöbəsinin rəhbəri Elçin İbrahimov yerli mətbuata açıqlamasında bildirib. “Onlar artıq uzun illərdir ki, Türkiyənin fərqli ali təhsil müəssisələrində fəaliyyət göstərir, dərs deyirlər. Biz də bu insanların təcrübələrindən faydalanmaq istəyirik”, - deyə Elçin İbrahimov vurğulayıb.Xaricdə yaşayan, çalışan alimlərimiz çoxdur. Onlarn Azərbaycan təhsilinə cəlb edilməsi nə qədər mümkündür?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xaricdə yaşayan və çalışan elm adamlarının ölkəmizdəki universitetlərlə əməkdaşlığı çox önəmlidir.

İlqar Orucov

“Beynəlxalq aləmdə nüfuzlu elmi mərkəzlərində, universitetlərdə çalışan çox sayda alimlərimiz var. Onlar dünyada gedən elmi tendensiyaları yaxşı bilirlər. Onların bilik və bacarıqlarının ölkəmizdə paylaşılması, onların fəaliyyət göstərdiyi universitetlərin Azərbaycandakı elmi mərkəzlərlə əməkdaşlıqlarının təşviq olunması vacibdir. Bu, ilk növbədə ölkəmiz üçün faydalıdır.

Digər tərəfdən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, xalqımızın çox müsbət keyfiyyətlərindən biri də öz vətəninə, dövlətinə bağlı olmasıdır. Pandemiyadan öncə Azərbaycan diaspor alimlərinin Bakıda formunun təşkil olunması təşəbbüsünü ilk dəfə irəli sürmüşdüm. O zaman müvafiq dövlət qurumlarına bununla bağlı müraciətlər ünvanladıq və layihələr təqdim etdik. O layihələrin əsas məqsədi bu idi ki, biz xaricdə yaşayan alimlərimizi mütləq şəkildə ölkəmizdəki elmin inkişafına cəlb etməliyik. Çünki onların çox yüksək elmi potensialı və bacarığı var. Eyni zamanda onların Azərbaycanda elmi məktəb yaratması ilə bağlı işlərə təşviq edilməsi ölkəmizin beynəlxalq nüfuzunu artıra bilər. Həmçinin universitetlərimizin və elmi-tədqiqat institutlarımızın səviyyəsinin yüksəldilməsi sağlam mühitin formalaşmasına zəmin yarada bilər. Bunun təşəbbüsçüsü biz olmuşuq, bir neçə forumlar keçirilib. Düşünürəm ki, daha yaxşı qurmaq olar. Və ümid edirəm ki, bu əməkdaşlıq daha yaxşı səviyyədə qurulacaq”-deyə İlqar Orucov vurğulayıb.

İlqar Orucov qeyd edib ki, diaspor alimlərinin həm də bir əməkdaşlıq mərkəzinin yaradılması faydalı olardı. Ekspert hesab edir ki, alimlər üçün bu imkan yaradılmalıdır.

“Hansısa alimimiz Kanadadadır və ya Amerikadadır, məsafə baxımından uzaqdırsa, ən azından onlayn dərsləri onlara həvalə etmək olar. Xaricdə fəaliyyət göstərən alimlərimizi ölkəmizdə təhsil alan doktorantlar və magistrlər üçün elmi rəhbər kimi cəlb etmək olar. Bununla ölkəmizin təhsilində faydalı iş icra oluna bilər. Çünki həmin alimlər artıq özlərini təsdiqləyiblər. Onlar vətənə də bağlıdırlar. Yetər ki, onlar üçün biz imkan yarada bilək. Gec deyil, bu imkanların yaradılması üçün aidiyyatı qurumlar, dövlət qurumları işlərini genişləndirməlidirlər. Biz xaricdə olan alimlərimizin potensialının ölkəmiz naminə səfərbər olunmasına çalışmalıyıq. Elm və Təhsil Nazirliyi, Elmlər Akademiyası və elmin inkişafına cavabdeh olan məsul şəxslər bu əməkdaşlığın qurulmasında maraqlı olmalıdırlar”-deyə İlqar Orucov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri