Icma.az
close
up
RU
Xalqımızın xaricdəki nəfəsi!

Xalqımızın xaricdəki nəfəsi!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Diaspor quruculuğu səsimizi uzaqlara daşıyan gücdür...

Azərbaycanın tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəyliyində diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidir. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir.

Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər. Nailiyyətlərin, uğurların, qələbələrin, zəfərin əldə edilməsində məhz diaspor quruculuğunun, lobbiçiliyin, həmrəyliyin böyük rolu olduğuna zərrə qədər də şübhə yoxdur. Birliyin, dünya azərbaycanlılarının həmrəyliyinin xalqımız üçün, bütövlükdə Azərbaycan üçün xüsusilə önəmli olması fonunda diasporların fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğu artıq bəllidir. Diasporların fəaliyyətinin, lobbiçiliyin məhz milli birliyə, həmrəyliyə xidmət etməsi də bir daha təsdiq edir ki, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir.

Diaspor siyasətimiz yeni mərhələyə qədəm qoyub

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Elman Məmmədovun sözlərinə görə, müasir dövrdə qloballaşmanın sürətlənməsi xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi kimi, diaspor və lobbi təşkilatlarının da əhəmiyyətini artırıb: “Bu gün bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və həmin diasporun lobbiçilik fəaliyyətləri ilə ölçülür. Eyni zamanda, millətin bir amal ətrafında birləşməsi həmin dövlətin dayanıqlığını təmin edən əsas amillərdən biridir.

Tarixi faktar sübut edir ki, birliyi, həmrəyliyi təmin edən, bununla da öz xalqına qələbələr, zəfərlər, uğurlar bəxş edən şəxsiyyətlər heç zaman unudulmurlar. O, qeyd edib ki, məhz birlik və həmrəylik sayəsində öz xalqını birləşdirən, güclü, qüvvətli, qüdrətli edən sərkərdələr, dövlət başçıları rəhbərlik etdikləri ölkənin, xalqın qalib olaraq tanınmasına nail olublar: “Bəşər tarixində belə ölkə rəhbərlərinin öz ölkələri üçün hansı nailiyyətlər qazandığı barədə kifayət qədər faktlar, dəlillər var və bununla bağlı yetərincə nümunələr göstərmək olar. Amma bizim üçün ən böyük nümunə məhz Heydər Əliyevin xalqımızın birliyini, həmrəyliyini təmin etməsi ilə uğurlarımızın, nailiyyətlərimizin, qələbələrimizin əsasını qoyması idi. Prezident İlham Əliyevin birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirərək qələbələrə, Zəfərə imza atmasını da xüsusilə qeyd etmək lazımdır.

Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahədə sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verir. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrin ictimai-siyasi xadimləri, elm adamları və media nümayəndələri ilə səmərəli əməkdaşlıq qurulub. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub”.

Dövlətimiz diaspor təşkilatlarının işinə müdaxilə etmir...

Deputat qeyd edib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycan xalqının ayrılmaz hissəsidir: “Onlar yaşadıqları ölkələrin layiqli vətəndaşları olmaqla yanaşı, ana vətənləri olan Azərbaycanla da sıx əlaqələr saxlayırlar. Dilimizin qorunması, mədəniyyətimizin gələcək nəsillərə ötürülməsi bu gün diasporamızda müşahidə olunan və yüksək qiymətləndirilən əsas cəhətlərdəndir. Azərbaycan dövləti diasporla əlaqələrə xüsusi önəm verir. Maraqlı məqamlardan biri də odur ki, təkcə xarici ölkələrdə yaşayan azərbaycanlılar deyil, eləcə də Azərbaycanda yaşayan qeyri millətlər də bu əlaqələrdə fəal iştirak edirlər və diaspor təşkilatlarının fəaliyyətlərinə dəstək verirlər. Dövlətimizin tövsiyəsi ondan ibarətdir ki, soydaşlarımız yaşadıqları ölkələrdə həmin cəmiyyətin dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşsınlar, Azərbaycan mədəniyyətini layiqincə təmsil etsinlər. Bu baxımdan Azərbaycan dövləti xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının işinə müdaxilə etmir, onların sərbəst fəaliyyəti təmin olunur”.

Millət vəkili bildirib ki, bu sahəyə göstərilən diqqət öz əksini Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində də tapır: “Xaricdə yaşayan gənclərin Azərbaycanda təşkil olunan yay məktəblərində iştirakı isə bu münasibətlərin səmərəli və davamlı xarakter daşıdığını sübuta yetirir. Əminəm ki, xaricdə yaşayan soydaşlarımız ana vətənlə əlaqələrini hər zaman diqqətdə saxlayacaq, Azərbaycan adının ucalığını və mədəniyyətinin zənginliyini bütün dünyaya tanıdacaqlar”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri