Xaricdən 10 manata gətirilən təbii bal marketlərdə 39 manata satılır
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 33,75 ton təbii bal idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan təbii balın ümumi gömrük dəyəri 202,66 min dollar olub.
Beləliklə, idxal edilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 6 dollar (10,2 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə təbii bal ən aşağı qiymətə Ukrayna və Rusiyadan, ən baha qiymətə isə Böyük Britaniyadan idxal edilib. Ukrayna və Rusiyadan gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri 5 dollar (8,5 manat), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından gətirilən təbii balın 1 kiloqramının orta gömrük dəyəri isə 31 dollar (52,7 manat) olub.
Qeyd edək ki, idxal olunan təbii bal Azərbaycana bu ölkələrdən gətirilib:
Ukrayna – 20,35 ton (1 kiloqramının orta gömrük dəyəri 8,5 manat);
Rusiya – 5,96 ton (8,5 manat);
Türkiyə – 3,01 ton (20 manat);
Belarus – 2,52 ton (11,8 manat);
Danimarka – 1,3 ton (8,8 manat);
Almaniya – 0,28 ton (25,57 manat);
İtaliya – 0,17 ton (24 manat);
Böyük Britaniya – 0,16 ton (52,7 manat).
Onu da bildirək ki, idxal olunan təbii balın Azərbaycanda pərakəndə satış qiyməti bu ilin aprel ayında 38,6 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan təbii bal marketlərdə gömrük dəyərindən 3,8 dəfə baha satılıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xaricdən 8 manata gətirilən təbii bal marketlərdə 38 manata satılır Rəsmi açıqlama
20 Aprel 2025 19:50
Xaricdən 9 manata gətirilən kakao tozu marketlərdə 33 manata satılır
04 Mart 2025 19:15
Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? Siyahı
14 Noyabr 2024 13:52
Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? SİYAHI
15 Noyabr 2024 15:13
Baxış sayı:139
Bu xəbər 17 İyun 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















