Icma.az
close
up
RU
Xaricdən Azərbaycana qayıdan soydaşlarımız ölkə üçün potensial sərmayədar və təcrübəli işçi qüvvəsidir

Xaricdən Azərbaycana qayıdan soydaşlarımız ölkə üçün potensial sərmayədar və təcrübəli işçi qüvvəsidir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə Azərbaycan arasında münasibətlər hər keçən gün gərginləşir. Onminlərlə azərbaycanlı miqrantın geri qaytarılması da baş verə bilər. Bu miqrantların ölkəyə geri qyatarılmasını necə dəyərləndirə bilərik. Bu Azərbaycan əmək bazarı üçün təhlükədir, yoxsa fürsət? Əgər Rusiyada qanunsuz yaşayan azərbaycanlılar geri qaytarılarsa, onlarla bağlı hansı addımlar atıla bilər? Rusiya ilə Azərbaycan münasibətlərinin gərginləşdiyi bu dönəmdə, soydaşlarımızın Vətənə qayıdışı ölkəyə necə təsir edə bilər?

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyada hazırda 100 minə qədər azərbaycanlı miqrantın qanunsuz əsaslarla yaşadıldığı bildirilir: “Bu informasiya 2024-cü ilin sentyabr ayında Daxili İşlər Nazirliyi tərəfindən açıqlanmışdı və xüsusilə qeyd olunmuşdu ki, Rusiya ərazisində yaşayan qanunsuz yaşayan miqrantların sayı təqribən 800000 civarındadır. Bu hesabata görə, beşinci yerdə Azərbaycanlı miqrantlar 110 minə yaxındır. Bundan sonra müxtəlif tədbirlər həyata keçirilməyə başlandı və müəyyən sayda miqrantın deportasiya olunması barədə xəbərlər kütləvi informasiya vasitələrində yer almışdı. Eyni zamanda da Dağıstanda, Mahaçqalada da qanunsuz miqrantların saxlama yerlərində müəyyən sayda Azərbaycandan olan miqrantların saxlanıldığı qeyd olunmuşdu.

Azər Allahverənov

Deputat bildirir ki, həmin dövrdə geniş şəkildə buna dair şərhlər də verilmişdi.

“Miqrasiya ilə mübarizə iki çox vacib elementi özündə birləşdirir. Birinci, həmin şəxslərin statuslarının leqallaşdırılması mümkündürsə, yəni bunun üçün əsaslar olmalıdır. Aidiyyəti strukturlar bu əsasları nəzərdən keçirir. Əsaslar varsa, şəxsin statusunun leqallaşdırılması başlayır və onun ölkə ərazisində daha uzun müddətə qalması üçün müvafiq qaydada yaşamaq icazəsi ilə təmin olunurlar. Yəni bu birinci, deməli, çox vacib bir məqamdır. İkinci məqam, belə bir əsasları olmayan şəxslərlə bağlıdır. Təbii ki, belə olduğu təqdirdə onlar ölkə ərazisindən kənara çıxarılmalıdır, yəni deport olunmalıdır. Rusiya Federasiyasının aidiyyəti strukturları da hər iki məqamla bağlı zəruri tədbirlər həyata keçirirlər. Nəzərə alsaq ki, ölkəyə qayıdacaq və ya qaytarılacaq Rusiya ərazisində qanunsuz yaşayan azərbaycanlı miqrantların sayı əgər 10 minlərlədirsə, ki bu rəqəm 100 mindən artıq deyil. Belə olduğu təqdirdə ölkə ərazisinə bu sayda insanın axın etməsi baş verə bilər”-deyən deputatın fikrincə, bu, heç də elə böyük rəqəm deyil ki, bu, əmək bazarında və ya digər sahələrdə müəyyən gərginliyə səbəb olsun, çünki həmin insanların böyük əksəriyyəti Azərbaycanla sıx bağlı olan insanlardır və burada daşınmaz əmlakı olan, yaxın ailə üzvləri olan şəxslərdir, yəni bu və ya digər formada cəmiyyətə tam inteqrasiya olunmuş şəxslər hesab olunur.

Azər Allahverənov həmin şəxslərin hətta Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olsalar belə, bu ölkənin vətəndaşları olaraq, burada çox ciddi problemlərə yol aça biləcəklərini düşünmür.

“Amma belə bir yanaşma mövcuddur ki, həmin şəxslərlə bağlı zəruri hansısa bir fəaliyyətlər düşünmək olar. Xatırlayıram ki, 2000-ci illərdə, Rusiyada, digər miqrantlarla yanaşı o dövrdə qüvvəyə minən qaydalar həm də azərbaycanlı miqrantlara toxundu. O vaxtı belə bir təklif irəli sürülmüşdü ki, əgər ölkə ərazisinə gələn, miqrantların sayı kifayət qədər çox olarsa və onların hansısa bir qismi öz kapitalı ilə Azərbaycana dönərsə, o kapitalla bağlı uğurlu şəkildə yatırımların edilməsi və iş sahələrinin yaradılması həyata keçirə bilərlər. Bununla da bağlı müəyyən güzəştlərin tətbiq olunması, müəyyən dəstəkverici proqramların işə salınması baş verə bilər. Digər bir qrup əllərində heç bir yatıracaq sərmayəsi olmayanların, ixtisasına uyğun olaraq əmək bazarında işlə təmin olunma məsələləri müəyyən addımlar atıla bilər. Təbii ki, söhbət qanunsuz əsaslarla Rusiya Federasiyasının ərazisində yaşayan şəxslərdən gedir. Yəni, bu iki çox vacib müstəvidə müəyyən işlər həyata keçirmək olar”-deyə deputat bildirib.

Azər Allahverənov qeyd edib ki, bu gün bizim işğaldan azad olunmuş Qərbi Zəngəzur da Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında çox böyük bərpa quruculuq işləri həyata keçirilir, yəni ölkənin beşdə bir hissəsini təşkil edən bir ərazidə böyük meqa layihələr həyata keçirməkdədir: “Müxtəlif sahələrdə kənd təsərrüfatı sahəsindən tutmuş sənaye sahəsinə qədər kifayət qədər böyük sayda işçi qüvvəsinə ehtiyac var. Bu işçi qüvvəsi də müxtəlif ixtisaslara malik olan şəxslərdir ki, onlar öz bacarıqlarına uyğun olaraq, keçmiş təcrübələrinə uyğun bu və ya digər sahələrə cəlb olunur və əmək fəaliyyəti ilə məşğul olurlar. Bu gün işğaldan azad olunmuş ərazilərdə çoxsaylı xarici şirkətlər fəaliyyət göstərir və xarici şirkətlərdə çalışan da çoxsaylı əcnəbi mütəxəssislər var. Qanunvericilik bunu tələb edir ki, müxtəlif sahələrdə, əgər yerli mütəxəssislər yoxdursa, yer vakantdırsa, həmin yerlərdə əcnəbi mütəxəssislər cəlb oluna bilər. Bax, bu yanaşma ilə bağlı olan müəyyən məqamlar nəzərdən keçirilə bilər və həmin qaytarılacaq şəxslər, ölkənin 5/1 hissəsində həyata keçirilən fəaliyyətlərdə iştirak etmək istəyirlərsə, onlar üçün də bu şərait yaradıla bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri