Icma.az
close
up
RU
Azərbaycana atalar xaricdən gətirilir?

Azərbaycana atalar xaricdən gətirilir?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar süni mayalanmaya müraciət edənlərin sayı  artır. 

Bildiyimiz kimi, Avropada sperma donor bankı var. Sperma donor bankları süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyən şəxslərə və ailələrə tibbi dəstək vermək məqsədilə fəaliyyət göstərir. Lakin bu yaxınlarda nadir rastlanan genetik xərçəng növünə sahib olan bir kişinin sperması ilə dünyaya gəlmiş ən azı 67 uşaqdan 10-na xərçəng diaqnozu qoyulub. 

Bu da təbii ki, müzakirələrə səbəb olub. Çünki donorların sağlamlıq vəziyyəti, genetik uyğunluğu və tibbi keçmişi bu prosesdə əsas şərtlərdən biridir. Amma yaşanan bu hadisə donorların genetik xəstəliklərə görə yoxlanılması məsələsini gündəmə gətirir. 

Azərbaycan qanunvericiliyində kənar sperma donorluğuna icazə verilir? Ümumiyyətlə, Azərbaycanda sperma donor bankı varmı? Ölkəmizdə süni mayalanma zamanı yalnız valideynlərin öz cinsi hüceyrələrindən istifadə olunur, yoxsa Avropada olduğu kimi bizdə də sperma donor bankına müraciət mümkündür? 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq verilən məlumata görə, hazırda Azərbaycanda sperma bankı fəaliyyət göstərmir: 

“Azərbaycanda sperma bankı mövcud deyil. Bu sahədə tənzimləmənin tətbiqi gələcəkdə qəbulu gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqindən sonra mümkün ola bilər. Əlavə olaraq bildiririk ki, “Ekstrakorporal mayalanma” (süni mayalanma) tibb xidməti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil edilməyib və süni mayalanma əməliyyatı Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində icra edilmir”. 

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, Tibb Hüququ Komitəsinin sədri Roman Qaraşov qeyd edib ki, Azərbaycan qanunvericiliyində süni mayalanma və donor cinsi hüceyrələrinin istifadəsi məsələsi birbaşa “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 29-cu maddəsində əksini tapıb. O vurğulayıb ki, hazırda Azərbaycanda qanuni statusa malik, lisenziyalaşdırılmış sperma və ya digər donor hüceyrə bankı fəaliyyət göstərmir: 

““Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda süni mayalanma və donor hüceyrələrindən istifadə ümumi prinsiplərlə tənzimlənsə də, donor banklarının yaradılması, onların hüquqi statusu, fəaliyyət prinsipləri və nəzarət mexanizmi ilə bağlı konkret müddəalar mövcud deyil. Bu isə donor materiallarının mənşəyi, keyfiyyəti, genetik təhlükəsizliyi və istifadəsinin hüquqi nəticələri baxımından ciddi boşluqlar yaradır. 

Praktikada bəzi özəl klinikalar süni mayalanma zamanı donor hüceyrələrindən istifadə etsələr də, bu proses adətən xarici ölkələrdən gətirilən materiallarla həyata keçirilir və mərkəzləşdirilmiş nəzarət sistemindən kənarda qalır. Bu vəziyyət həm etik, həm tibbi, həm də hüquqi baxımdan sistemli tənzimləməyə ciddi ehtiyac olduğunu göstərir”. 

Vəkil qeyd edib ki, qanuna əsasən, yetkinlik yaşına çatmış hər bir qadının süni mayalanma və embrion implantasiyası hüququ var:

“Əgər bu proses ailəli cütlük arasında həyata keçirilirsə, həm ər, həm də arvadın rəsmi razılığı tələb olunur. Tənha qadınlar üçün isə şəxsi razılığı kifayət edir.  Ən vacib məqamlardan biri isə budur ki, süni mayalanma və embrion implantasiyası zamanı istifadə olunan donorun şəxsiyyəti tam şəkildə həkim sirri kimi qorunur. Bu, həm donorun məxfiliyinin təmin olunması, həm də şəxsi həyatın toxunulmazlığı prinsipinə sadiqliyin bir göstəricisidir. 

Digər mühüm hüquqi prinsip ondan ibarətdir ki, qadın süni mayalanma prosesinə başlamazdan əvvəl bu prosedurun tibbi və hüquqi nəticələri, tibbi-genetik risklər, eləcə də donorun milliyyəti və xarici görünüşü barədə məlumat almaq hüququna malikdir. Bu məlumatlar isə yalnız həmin tibbi müdaxiləni həyata keçirən həkim tərəfindən təqdim edilir. 

Başqa sözlə, qadının məlumatlandırılmış razılığı (informed consent) prinsipi burada tam şəkildə tətbiq olunmalıdır. Burada diqqəti cəlb edən bir məqam da var: qanun donorun şəxsiyyətini tam açıqlamağa icazə verməsə də, qadına onun fenotipik əlamətləri, yəni zahiri görünüşü, həmçinin genetik sağlamlıq vəziyyəti barədə bilgi almaq hüququ tanıyır. Bu, həm hüquqi, həm də tibbi baxımdan qadının və gələcək uşağın təhlükəsizliyini təmin etmək üçün olduqca önəmli bir mexanizmdir”. 

Roman Qaraşovun sözlərinə görə, təbii ki, bu sahədə müəyyən hüquqi boşluqlar da mövcuddur və hüquqşünaslar bu məqamlara diqqət çəkməlidir: 

“Məsələn, sperma və oosit (yumurta hüceyrəsi) banklarının hüquqi statusu hazırda qanunvericilikdə aydın şəkildə tənzimlənməyib. Belə bankların kommersiya əsaslı fəaliyyət göstərməsi, onların təşkilati-hüquqi forması və nəzarət mexanizmləri açıq şəkildə göstərilmir. Eyni zamanda, donorların tibbi-genetik skrininqdən keçirilməsi, onların nəticələrinin qeydiyyatı və nəzarəti üçün mərkəzləşdirilmiş bir reyestr sisteminin olmaması da ciddi risklər yaradır. 

Yəni, bir donorun genetik daşıyıcı olduğu hər hansı bir xəstəlik müxtəlif ailələrə ötürülə bilər və bu halda nə donor, nə tibbi müəssisə, nə də dövlət məsuliyyət daşıyır. Çünki bununla bağlı normativ mexanizm mövcud deyil. Digər tərəfdən, etik nəzarət orqanlarının və bioetika komitələrinin hüquqi statusu da indiyə qədər müəyyən edilməyib. Halbuki beynəlxalq təcrübədə belə komitələr prosedurlara nəinki tibbi, həm də etik baxımdan monitorinq həyata keçirir və cəmiyyət qarşısında ictimai hesabatlılıq daşıyırlar. 

Bütün bu məsələləri nəzərə alaraq, hesab edirəm ki, Azərbaycanda “Donor Hüceyrələri və Reproduktiv Texnologiyalar haqqında” ayrıca bir qanunun qəbul olunması artıq zərurətə çevrilib. Buraya donor banklarının fəaliyyəti, donorların hüquqi statusu, mərkəzləşdirilmiş elektron məlumat sistemi, məcburi genetik testlər və keyfiyyət standartları daxil edilməlidir. Paralel olaraq etik nəzarət orqanlarının statusu, funksiyaları və hesabatlılığı da qanunvericiliklə tənzimlənməlidir. 

Nəticə etibarilə, qanunun 29-cu maddəsi süni mayalanma hüququnun tanınması baxımından çox mühüm bir addımdır. Lakin biz bu hüququ real və təhlükəsiz şəkildə həyata keçirmək istəyiriksə, hüquqi çərçivəni beynəlxalq standartlara uyğun olaraq genişləndirməliyik. Bu, həm fərdi reproduktiv hüquqların müdafiəsi, həm də ümumilikdə cəmiyyətin genetik və ictimai sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Suni mayalanma donor bankı Roman Qaraşov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see294

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see252

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see211

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see201

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see190

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see181

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see178

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see175

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see173

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see172

Polşa İsrail Milli Təhlükəsizlik Nazirinin beş illik girişini qadağan etdi

22 May 2026 08:02see171

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see169

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see165

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see163

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see159

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see156

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see155

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see155

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see155

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri